Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-734/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 11.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 13.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 11.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 13.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 11.09.2021-ci il tarixdə saat 01:00- 02:00 arası idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomaşınla evə gedərkən Yol Patrul Xidmətinin əməkdaşı X9 ona yaxınlaşaraq özünü təqdim etmədən ondan “sərxoş deyilsən ki?” deye soruşmuş, o isə sərxoş olmadığını bildirmişdir. Daha sonra Yol Patrul Xidmətinin əməkdaşı ona “aparata üfürə bilərsən?” dedikdən sonra o, iki dəfə aparata üfürmüşdür. X1 olmadığı halda Yol Patrul Xidmətinin əməkdaşı ona “sən sərxoşsan” deye cavab vermişdir. Avtomaşının sahibi X8 xidmət əməkdaşlarına “sərxoş mənəm, gətir aparata üfürüm” dedikdən sonra 4 dəfə üfürmüş, həqiqətən sərxoş olduğu halda aparat onu sərxoş göstərməmişdir. Yol Patrul Xidmətinin əməkdaşı “tabesizlik göstərirsiniz, PPX çağıracam” deyən zaman X7 ona dəfələrlə “gedək həkimə” deye müraciət etmişdir. Onlar razılaşmışlar, lakin yolda gedən zaman bəlli olmuşdur ki, onlar həkimə yox YPX-ya gedirlər. Xidmət əməkdaşları X4 təzə aparat verildiyini, həkimə getməyə ehtiyac olmadığını, xidmətdə onun sərxoş olub-olmadığını təzə aparatla özləri müəyyən edəcəklərini bildirmişlər. Onlar YPX-nin ərazisinə daxil olan zaman əməkdaş özü maşından düşərək, maşının yük yerindən aparatı çıxararaq aparatın başlığına nəsə qurmuş və ona üfürməsini demişdir. X7 əvvəlcə etiraz etsə də sonra üfürmüş, üfürdükdən sonra polis əməkdaşı ona sərxoş olduğunu söyləmişdir. Polis əməkdaşı çek çıxararaq ona “sərxoşsan, qol çək” demiş, X7 isə etiraz edərək həkimə getmək istədiyini bildirmişdir. Daha sonra X4 məlum olmuşdur ki, X2 olduğu üçün YPX maşını cərimə meydançasına saldırmışdır. Şahvələd Həsənov əməkdaşlara yenidən həkimə getmək istədiyini bildirən zaman əməkdaşlar ona “səbrli ol, gedirik” deyərək maşınlarına oturub özləri çıxıb getmişlər. Daha sonra Şahvələd Həsənov özü sərxoş olubolmadığını öyrənmək üçün narkoloji dispanserə getmiş, orada onu yoxlaya bilmək üçün ya polis əməkdaşı ilə gəlməli olduğunu, ya da polis bölməsindən ərizə gətirməli olduğunu bildirmişlər. X11 həmin sənədlə bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə, Baş Polis İdarəsinə müraciət etsə də, həmin sənədi əldə edə bilməmişdir. X13 Patrul Xidmətinin İdarəsinə gedərək barəsində tərtib olunmuş protokolun qərarını istəmiş, qərarı aldıqdan sonra ona məlum olmuşdur ki, guya o, dönmə işarəsindən istifadə etməmiş, YPX onu saxlayıb, yoxlayan zaman sərxoş olmuş və etibarnaməsi olmamışdır. Halbuki, YPX maşını ona yaxınlaşan zaman onun idarə etdiyi maşın işlək vəziyyətdə olmadan dayanmış vəziyyətdə durmuş və maşının sahibi də onun yanında olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 şikayət ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs X9 izahat verərək, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən tərtib edilmiş 11.09.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində 11.09.2021-ci il tarixdə saat 01:10-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutuluş inzibati xətaların törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinin polis mayoru, X5 13.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 333.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, qərar qəbul edilərkən Şahvələd Həsənovun iştirakı təmin edilməmiş və bununla da X3 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi müəyyən edilərkən X3 idarə etdiyi “Hyundai Sonata” minik markalı avtomobilin sahibi X8 onun yanında olmuşdur. Lakin inzibati xəta haqqında işin materiallrından görünür ki, X3 barəsində inzibati xəta haqqında protokol və qərar həm də ona görə qəbul edilmişdir ki, o, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində isə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə, həmçinin şikayətdə göstərilən halların məhkəmə baxışı zamanı araşdırılması mümkün olmadığına görə X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş 13.09.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli və X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 13.09.2021-ci il tarixli, ******* nömrəli qərar ləğv edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X16 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-734/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-734/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver