Məhkəmə qərarları › İş №3(044)-735/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-735/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-735/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, (məsləhətçi) məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Həsənova Gövhərşah İzzət qızının iştirakı ilə xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 1920-ci il tarixli, 2(044)-348/2020 saylı icra vərəqəsinə əsasən tələbkar X3 ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X5 üç yaşına qədər cavabdeh Şəxs Vəfədar qızının iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 ilə isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, məhkəmənin qətnaməsinə əsasən tərtib edilmiş icra vərəqəsini icra etməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)- 348/2020 saylı qətnaməsinin icrası ona tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Şəxs icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Qeyd edilənləri əsas gətirib Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-348/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ona ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X5 üç yaşına qədər cavabdeh Şəxs Vəfədar qızının iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 ilə isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Lakin Şəxs icradan boyun qaçırır, uşaqlarını onunla görüşməyə qoymur. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-348/2020 saylı qətnaməsinə əsasən tələbkar X3 ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X5 üç yaşına qədər onun iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 ilə isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Hazırda etmiş olduğu əməldən peşmandır, özünün qadın olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını və məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-348/2020 saylı icra vərəqəsindən görünür ki, tələbkar X3 ata kimi hüquqlarını həyata keçirməsini təmin etmək üçün xx xxxxxx 2018-ci il tarixdə anadan olmuş X5 üç yaşına qədər cavabdeh Şəxs Vəfədar qızının iştirakı ilə şənbə və bazar günləri saat 12:00-dan 15:00-dək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8 ilə isə şənbə və bazar günləri saat 12:00-dan 17:00-dək görüşüb ünsiyyətdə olmaları üçün görüş günləri təyin edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədində göstərilən tələbin könüllü icra edilməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-348/2020 saylı icra vərəqəsində müəyyən edilmiş tələbi icra etməmiş, ona məhkəmənin icra sənədini qərəzli olaraq icra etməməsinin hüquqi nəticələri izah olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli telefonoqrammadan görünür ki, icra məmuru tərəfindən Şəxs mobil telefonla zəng edilərək icranı etməsi barədə xəbərdarlıq edilmiş, o, icra idarəsinə çağırılmış, lakin borclu yas mərasimində iştirak etdiyi üçün İcra idarəsinə gəlməyəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatları ilə və inzibati xəta haqqında işin materialları tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(044)-348/2020 saylı icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmçinin inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar