Məhkəmə qərarları › İş №3(044)-736/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-736/2020

21.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-736/2020 21.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, İnzibati xəta haqqında protokol tərtib edən şəxs-Gəncə şəhəri Nizami rayon Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Gədəbəy rayonu,Parakənd kəndində qeydiyyatda olan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:20 radələrində xüsusi lisensiyası olmadan Gəncə şəhəri, Təzə Şəmkir avtovağzalı adlı ərazidə taksi fəaliyyəti ilə məşğul olmuş, fərdi qoruyucu vasitə olan maskadan düzgün istifadə etməmiş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 211.2-ci və 535.1-ci maddələri ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati icraat zamanı aşağıdakı sənədlər inzibati araşdırmanın predmetini təşkil etmiş və həmin sənədlərin məzmununa istinad edilmişdir: İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci və 535.1-ci maddələri ilə xx.xx.2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri Nizami rayon Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs karantin rejiminin qaydalarını pozmuş, polisin qanuni tələblərinə riaəyət etməmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikası İXM-in 211.2-ci və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, onun evində uşağa dərman, hətta çörək almağa belə pulu olmadığı üçün məcburiyyət qarşısında qalaraq şəhərə çıxmışvə taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanmaq istəmişdir. Polis əməkdaşları ona yaxınlaşmış, ondan maşını sənədləri istənilmiş,o isəsənədləri atasına verdiyini demişdir. O atasını həmin əraziyə dəvət etmiş, atası saklitcə polislərdən ona cərimə yazılmamasını xahiş etmişdir. O maşından kənarda dayanmış, həmin vaxtı maska nəfəs yollarını örtməsə də, maska onun çənə nahiyəsində olmuşdur. Odur ki,məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında göstərdi ki, karantin rejiminə nəzarətin edilməsi məqasədi ilə o da daxil olmaqla komandirləri və digər işçilərlə birlikdə şəhərdə reyd keçirilirdi. Gəncə şəhəri Şəmkir avtovağzalının yanında adı sonradan onlara məlum olan Gündüz adlı şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olması müəyyən edildi. Gündüz maskadan qaydadala uğyn olmadan istifadə etmiş, o sənədləri təqdim etməkdən imtina edərək ictimai qaydaya nəzarət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, atasını həmin əraziyə çağırmış, atası da həmin əraziyə gəldikdən sonra polis əməkdaşlarının ünvanlarına nalayiq söyüşlər söyməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, karantin rejiminə nəzarətin edilməsi məqasədi ilə o da daxil olmaqla komandirləri və digər işçilərlə birlikdə şəhərdə reyd keçirilirdi. Gəncə şəhəri Şəmkir avtovağzalının yanında adı sonradan onlara məlum olan Gündüz adlı şəxsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olması müəyyən edildi. Gündüz maskadan qaydalara uyğun olmadan istifadə etmiş, xüsusi icazəsi olmadan taksi fəaliyyəti ilə məşğul olmuş, o sənədləri təqdim etməkdən imtina edərək ictimai qaydaya nəzarət edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, Əvəzin oğlu Gündüz üzərilərinə aqressiv şəkildə hücüm etmiş, atasını həmin əraziyə çağırmışdı. Atası həmin əraziyə gələndə o həmin ərazidən kənarda olduğundan söyüşləri eşitməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək hesab edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddələr ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Təzə Şəmkir avtovağzalında epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə xüsusi icazə olmadan taksi fəaliyyəti ilə məşğul olamuş, fərdi qoruyucu vasitələrdən istifadə etməmiş, Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş tələbləri pozmuş, həmin qaydalara riayət etmək vəzifəsi tapşırılmış polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməsinə maneçilik törədərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddələr ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılmış, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavədə isə yalnız hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; mühafizə xidmətlərinin fəaliyyətinə icazə verilmişdir. Göründüyü kimi Şəxs hər hansı rəsmi icazəsi və taksilər üçün müəyyən edilmiş xüsusi fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olmaqla epidemiya əleyhinə rejim qaydalarını pozmuşdur. Bundan başqa da məhkəmə onu da qeyd etməyi zərurio hesab edir ki, xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci i tarixli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilərək Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması qərara alınmışdır. Göründüyü kimi Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilmiş, polis əməkdaşları da məhz Şəmkir avtovağzalı adlı ərazidəki ictimai yerdə reyd keçirərək Nazirlər Kabinetinin qərarından və öz səlahiyyətlərindən irəli gələn vəzifələrini icra etmişlər. Məhkəmə X6 AR İXM-nin 211.2ci maddəsi ilə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şəxslər də Şəxs maskadan düzgün istifadə etməməsini, avtomobillə şənbə günü heç bir xüsusi icazə olmadan taksi fəaliyyəti ilə məşğul olmasını bildirməklə, məhkəmə iclasında Şəxs özü də etiraf edərək göstərmişdir ki, onun üzərində maksa olsa da, o maskanı çənə nahiyəsində saxlamış və şənbə günü xüsusi icazə olmadan taksi fəaliyyətinə qoyulmuş qadağadan məlumatlı olsa da o çərək pulu üçün taksi fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə Şəxs qeyd edilən izahatı ilə bağlı onu qeyd edir ki, tibbi maska tənəffüs yollarını qoruyan fərdi vasitədir. Nazirlər Kabinetinin Qərarının isə yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qəbul edildiyini nəzərə alsaq o zaman maskanın şəxsin üzərində və yaxud insan əzasının digər nahiyələrini deyil, məhz tənəffüs yollarını örtməsi məcburiliyi başa düşülməlidir. Şəxs karantin rejiminin qaydalarını pozaraq, maskadan qaydalara uyğun istifadə etmədən, qadağan edilməsinə baxmayaraq şənbə günü icazə almadan taksi fəaliyyəti ilə məşğul olan şəxsdən qanunun tələblərinə əsasən icazənin yoxlanılması məqsədilə Şəmkir avtovağzalının yaxınlığında Şəxs Nazirlər Kabinetinin qərarının tələblərinin pozulmasının hüquqi nəticəsinin izah edilməsi və inzibati xətanın qarşısını almaq istəyən polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 211.2-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi şahid izahatları, iş materialları və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. Polis haqqında Azərbaycan Respublikasının Qanununa əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci i tarixli Qərarının 3-cü hissəsinə əsasən “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli 2 Qərarında nəzərdə tutulan məhdudiyyətlərin bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlaması qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edildiyindən həmin qərarın icrası ilə bağlı polis əməkdaşının vətəndaşa yaxınlaşması onun hərəkətlərini qanuniləşdirir, həmin pozuntuları aradan qaldırmağa cəhd edən polis əməkdaşına imkan yaradılmaması isə polisin qanuni tələbinin pozulması kimi qiymətləndirilməlidir. Yəni, hazırki işdə polisin tələbi qanuni olmuş, X8 isə Nazirlər Kabinetinin adı çəkilən qərarında qeyd edilmiş qadağalara məhəl qoymayaraq həmin qərardan irəli gələn göstərişlərin polis əməkdaşı tərəfindən tərəfindən həyata keçirilməsinə imkan verməmişdir ki, bu da AR İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edildiyi vaxtda ona həvalə edilmiş səlahiyyətlərin polis əməkdaşları tərəfindən həyata keçirilməsi əhalinin təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilən tədbirlərin həyata keçirilməsinə yönəlmiş hərəkətləri özündə ehtiva edir. Polis əməkdaşlarının qeyd edilən fəlaiyyətinə hər hansı müdaxilə Azərbaycan Respublikası İnzibati Xətalar qanunvericliyinin insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olmaq kimi vəzifələrinin həyata keçirilməsinə mane olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 211.2-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sansksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X7 inzibati tənbeh verilməsi qənaətinə gələrkən onun ilk dəfə inzibati xəta törətməsini, ailə başçısı olmasını məhkəmə nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cərimə növündə tənbeh tətbiq edilməsini daha ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Qeyd edilən Məcəllənin 25.8-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Qeyd nedilən Məcəllənin 150.4-cü maddəsinə əsasən inzibati cərimə inzibati xəta törətmiş şəxs tərəfindən yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanı törətmiş şəxsə verilir. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir. Adı çəkilən Məcəllənin 150.5-ci maddəsinə görə bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən isə bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22.1.2, 23.1, 25, 32, 40, 43, 48-52, 57-61, 114, 115,117, 128-130,150-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar