Məhkəmə qərarları › İş №3(044)-736/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-736/2021

25.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-736/2021 25.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X5, Zərərçəkmiş şəxslər X6, X3 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, , ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokollar ona görə tərtib edilmişdir ki, o 22.09.2021-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X4 məxsus 150 manat dəyərində su mühərrikini gidrafonu ilə birlikdə yaşadığı binanın damından oğurlamışdır. Daha sonra o 22.09.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X9 məxsus yaşayış binanın damından 80 manat dəyərində su mühərrikini hidrafonu ilə birlikdə oğurlamışdır. 22.09.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan X10 məxsus 90 manat dəyərində su mühərrikini hidrafonu ilə birlikdə yaşadığı binanın damından oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o heç bir yerdə işləmir və ailənin dolanışığını təmin etməkdə çətinlik çəkir. Oğurladığı əmlakları satmamışdır. Onların hamısını polisə təqdim etmişdi. Hazırda etmiş olduğu əməllərdən peşman olduğunu, heç bir yerdə işləmədiyini bildirərək, barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1 Baxşəli Hüseyn oğluna inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, oğurlanmış əmlaklar hazırda polis idarəsində saxlanılır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında göstərdi ki, suyu kəsildiyindən o evin damına çıxmış və həmin vaxt görmüşdür ki, onun və qonşularının su mühərrikləri oğurlanmışdır. O dərhal qonşulara da bu barədə məlumat vermişdir. Baxşəlinin himayəsində az yaşlı uşaqları olsa da belə o ondan şikayətçidir və barışmaq fikri də yoxdur. Belə ki, o narkomanlarla görüşərək küçəyə toplaşır və bu da insanları narahat edir. Odur ki, barəsində həbs növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X13 və X2 Svetlana İlyas qızının izahatı ilə oxşar məzmunlu izahat verərək məhkəmədən Şəxs ilə barışmadıqlarını nəzərə alaraq yuxarı həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarlar qəbul edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokollar üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xətaları törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə ictimai işlər növündə inzibati tənbeh verilməsini işin hallarına və inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun hesab etmir. Eyni zamanda zərərçəkmiş şəxslərə dəymiş ziyan da ödənilməmiş və zərərçəkmiş şəxslərin onunla barışmaq fikirləri də yoxdur. Buna baxmayaraq məhkəmə inzibati xəta törətmiş şəxsin himayəsində uşaqlarının olmasını nəzərə alaraq ona aşağı həddə həbs növündə tənbeh təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirimi) müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 23 sentyabr 2021-ci il, saat 18.00-dan hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinin İnzibati Həbs olunanların Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar