Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-75/2021 25.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Gəncə şəhər prokuroru Azad Qarayevin qərarına iş materialları ilə birlikdə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar verilərək məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Adil İsgəndərov küçəsi ev 57-də yaşayan X8 DİN-nin 102 xidmətinə zəng edərək və sonradan Nizami RPB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Gəncə şəhəri Məhrəsə Bağına bibisigilə gedən zaman bibisinin yoldaşı Yunis və bibisinin oğlu Elvin onları evdən qovaraq söyüb təhqir edərək itələyib pilləkəndən yıxmış, onlar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət xx.xx.2020-ci il tarixdə Nizami RPB-də HK-1/607 sayla qeydə alınaraq Nizami RPİ-nin baş təhqiqatçısı, polis mayoru X1 icraatına daxil edilmişdir. Beləliklə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Şəxs və oğlu X3, xx.xx.2020-ci il tarixdə yaşadıqları ünvan 1 mənxzil 30 saylı ünvanın qarçısında qaynı qızı X8 ilə aralarında şəxsi münasibətləri zəmiində yaranmış mübahisə zamanı Şəxs və oğlu X3, qaynı qızı X4 itələyib onu yıxaraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişlər. Odur ki, Şəxs və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin material Gəncə şəhər prokurorluğunda öyrənilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə təqdim edərək bildirmişdir ki, o, zərərçəkmiş şəxs X8 ilə barışmış, zərərçəkmişə qarşı dəymiş ziyanı ödəmiş və buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 məhkəmətə teleqram göndərərk bildirmişdir ki, inzibati xətanı törətmiş Şəxs oğuna qarşı şikayətini geri götürmüş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X8 inzibati xətanı törədən şəxs Şəxs ilə barışdığından Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-75/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-75/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver