Məhkəmə qərarları › İş №3(044)-752/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-752/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-752/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Kəlbəcər rayonu, Təkəqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonunun Təkəqaya kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAUnun 6 saylı yataqxanasının ətrafında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(040)-26/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 02.02.2008-ci il təvəllüdlü X4, 22.06.2010-cu il təvəllüdlü X3 və 06.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(040)- 26/2020 saylı icra sənədinə əsasən hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat aliment ödənilməsi tələb edilsə də, o, alimenti ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020ci il tarixli, 2(040)-26/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 02.02.2008-ci il təvəllüdlü X4, 22.06.2010-cu il təvəllüdlü X3 və 06.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Lakin tələb Şəxs tərəfindən könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(040)-26/2020 saylı icra sənədinə əsasən ondan 02.02.2008-ci il təvəllüdlü X4, 22.06.2010-cu il təvəllüdlü X3 və 06.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi qət edilmişdir. Maddi imkanı zəif olduğu üçün üzrlü səbəbdən aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Qısa müddət ərzində aliment borcunu tam şəkildə ödəyəcəyinə söz verir. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Şəxs üzrlü səbəbdən ona olan aliment borcunu ödəyə bilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(040)-26/2020 saylı icra sənədinin surətindən müəyyən olunur ki, Şəxs 02.02.2008-ci il təvəllüdlü X4, 22.06.2010-cu il təvəllüdlü X3 və 06.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X5 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” 08 iyun 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin 10.03.2020-ci il tarixli, 2(040)-26/2020 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Xəbərdarlıq” məktubundan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi olaraq xəbərdarlıq məktubu təqdim edilmiş və o, həmin xəbərdarlıq məktubunu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə borcunu maddi vəziyyəti ağır olduğu üçün üzürlü səbəbdən tam şəkildə ödəyə bilməmiş, aliment borcunu qısa müddət ərzində tam şəkildə ödəyəcəyinə söz verir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, borclu Şəxs məxsus bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, eyni zamanda proses iştirakçılarının izahatlarını dinləyərək, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu tam şəkildə ödəməməsi məhkəmənin icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə əlaqədar olmadığını qeyd edir. Göründüyü kimi, Şəxs əməlində icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi və yaxud əməlin qərəzli törədilməsi müəyyən edilməmişdir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar