Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-755/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 01 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yaşayan X1 olduğu Gəncə şəhəri, Nizami rayonu, S.Xasıyev küçəsində yerləşən “OBA” marketdə piştaxtanın üzərindən 17 manat 70 qəpik dəyərində olan 1 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağını oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkir. Buna görə də 01.10.2021-cu il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Nizami rayonu, S.Xasıyev küçəsində yerləşən “OBA” marketə daxil olmuşdur. Mağazada müştərilər çox olmasını, satıcıların məşğul olmasını və diqqətlərinin onda olmamasını görərək piştaxtada olan yağı götürüb oradan uzaqlaşmışdır. Hal-hazırda zərərçəkmiş şəxs X4 dəymiş zərəri tam ödəmiş, onunla barışmışdır. Törətdiyi əməlindən peşmandır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 izahat verərək göstərmişdir ki, Şəxs 01 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yaşayan X1 olduğu Gəncə şəhəri, Nizami rayonu, S.Xasıyev küçəsində yerləşən “OBA” marketdə piştaxtanın üzərindən 17 manat 70 qəpik dəyərində olan 1 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağını oğurlamışdır. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, 01 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Şəxs Gəncə şəhəri, Nizami rayonu, S.Xasıyev küçəsində yerləşən “OBA” marketdə piştaxtanın üzərindən 17 manat 70 qəpik olan 1 ədəd 1 kiloqramlıq “Westgold” kərə yağını oğurlamışdır. Şəxs tərəfindən ona dəymiş 17 manat 70 qəpik dəyərində ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli, HK-1/2126 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyindən həmin şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X4 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 53, 105, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-755/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-755/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver