Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-757/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 2-ci döngə, ev 7 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)- 4021/2017 saylı icra sənədinə əsasən borclu Şəxs qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra sənədinə əsasən qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi tələb edilsə də, o, hal-hazırda qalan borcunu ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra sənədinə əsasən borclu Şəxs qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin Şəxs bu günkü tarixədək yaranmış borcunu tam ödəyə bilmədiyini bildirmişdir. Borclu sonuncu izahatında tələbkara olan borcundan 200 manat ödəyə bildiyini bildirmişdir. Hazırda borclu Şəxs X1 2810 manat məbləğində borcu qalmışdır. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra sənədinə əsasən qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qət edilmişdir. Tələbkara olan borcundan ödənişlər etmişdir. Hazırda tələbkara 2810 manat məbləğində borcu qalmışdır. X1 olan borcunun qalan hissəsini üzürlü səbəblərdən gecikdirmişdir. Hazırda X5 Əli qızı ilə razılığa gəlmişdir. Qeyd edilən halı nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra sənədinə əsasən borclu Şəxs qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədinə əsasən ona olan borcundan müəyyən ödənişlər etmişdir. Lakin sonradan Şəxs üzürlü səbəblərdən ona olan borcunun qalan hissəsinin ödəyə bilməmişdir. Hazırda öz aralarında razılığa gəlmişlər. Odur ki, borclu Şəxs heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra sənədinin surətindən müəyyən olunur ki, Şəxs qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə onların dəyəri olan 4880 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” 06 iyul 2018-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli, 2(044)-4021/2017 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və həmin bildirişi borclu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli, 8(044)-1388/2018 saylı qərardadının surətindən görünür ki, borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 təqdim etdiyi ərizədə icra sənədi üzrə borclu Şəxs ilə aralarında razılığa gəldiyini, Şəxs heç bir şikayət və tələbinin olmadığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə borcunu üzürlü səbəbdən ödəyə bilməmiş, hazırda X5 Əli qızı ilə razılığa gəlmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, eyni zamanda proses iştirakçılarının izahatlarını dinləyərək, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icra sənədini bu günədək üzrlü səbəblərdən icra etməməsini, hazırda tələbkarla aralarında razılığa gəldiyini qeyd edir. Belə ki, işin halları üzrə müəyyən edilmişdir ki, Şəxs X5 Əli qızı ilə razılığa gəlmişdir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-757/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-757/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver