Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-758/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin 10.07.2021ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 13.08.2021-ci il tarixli, 189/21 saylı qərarın ləğv edilməsinə dair şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X5 10.07.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 13.08.2021-ci il tarixli, 189/21 saylı qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən barəsində tərtib olunmuş inzibati xəta haqqında MN ******* saylı protokolla bağlı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətində 13.08.2021-ci il tarixdə iclas keçirilmiş və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Həmin məktub onun ünvanına 12 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. O, uzun illərdir ki, ticarətlə məşğul olur. Barəsində tətbiq edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində göstərilir ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. O, barəsində olan inzibati xəta haqqında protokolu əsassız və qanunsuz hesab edir. Belə ki, ona məxsus olan tikinti materialları mağazasının qarşısında heç bir tikintiyə aid materiallar qoyulmamışdır. Bütün mallar mağazanın içərisində yerləşir. Bundan əlavə əgər adı çəkilən inşaat materialları onun tərəfindən küçəyə qoyulmuşdursa belə, ona bu barədə nə Polis şöbəsindən, nə də ki İcra hakimiyyəti tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. Həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* saylı protokol ona göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayət ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 izahat verərək X2 şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib edilmiş 10.07.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutuluş inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin 13.08.2021-ci il tarixli, 189/21 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, inzibati xəta haqqında protokol tərtib edilərkən və qərar qəbul edilərkən Etibar Məmmədovun iştirakı təmin edilməmiş və nəticədə X2 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuş, həmçinin X1 ticarəti ilə məşğul olmasına dair sübutlar təqdim edilməmiş və bu xüsusatlar araşdırılmadan X2 barəsində cərimə tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Belə olan halda, X2 şikayəti təmin edilməklə, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 13.08.2021-ci il tarixli, 189/21 saylı qərar ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 13.08.2021-ci il tarixli, 189/21 saylı qərar ləğv edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-758/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-758/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver