Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-759/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Gəncə şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, xx.xx.1955-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, Gəncə şəhəri, Z.Tağıyev küçəsi, 2-ci dalan, ev 3-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 343.2-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı, X3 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etmiş, toplanmış materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Gəncə şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis baş leytenantı X3 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Şəxs sərxoş olsa da sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus idarə etdiyi “VAZ-21124” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən xx xxxxxx 2020-ci il tarixdə saat 18:15 radələrində X2 idarə etdiyi “MAZDA CX9” markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq toqquşmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etmişdir. Hadisə baş verdikdən sonra əsəbi olduğundan sərxoşluq müayinəsindən imtina etmişdir. Hadisə nəticəsində X2 idarə etdiyi “MAZDA CX9” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hazırda törətmiş olduğu əməldən peşman olmasını qeyd edərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, Şəxs 65 yaşının olmasını, səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, idarə etdiyi “MAZDA CX9” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx xxxxxx 2020ci il tarixdə saat 18:15 radələrində Gəncə şəhəri M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən idarə etdiyi avtomobildən arxada gələn Şəxs idarə etdiyi “VAZ-21124” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin sol arxa tərəfindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 260 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in343.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-in 343.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-in 343.2cimaddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 120-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılsın və 400 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-759/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-759/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver