Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-759/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlu, X1 Tərtər rayonu YPX-nin inspektoru polis serjantı Dünyamalı Orucovun 18 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsinə dair şikayət ərizəsisinə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdim: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu YPX-nin inspektoru polis serjantı Dünyamalı Orucovun 18 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsinə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, X2 şikayət ərizəsində protokolun ləğv edilməsini xahiş edir. Şikayət ərizəsinin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində göstərilən qərarlardan biri çıxarılır və yalnız bundan sonra İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət (və ya protest) etmə hüququ yaranır. Beləliklə, mövcud qanunvericiliyə görə, protokol tərtib edildikdən sonra, hakimə (yaxud digər səlahiyyətli orqana) göndərilir və protokola (işin digər materialları və halları ilə birlikdə) baxılmasının nəticəsi üzrə şəxsin inzibati xətanın törədilməsində təqsirli olubolmaması müəyyən edilir, qərarla razı olmayan şəxsə onun şikayət etmək hüququ izah edilir. Hesab edirəm ki, həmin protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə və ya müvafiq səlahiyyətli orqana göndərildikdən sonra, protokola baxılarkən şikayətçi protokolda qeyd edilənlərə etirazını bildirə bilər. Hazırkı vəziyyətdə protokoldan şikayətə baxılması və ya protokolun ləğv edilməsi istisna edilir. Ona görə də şikayət ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Tərtər rayonu YPX-nin inspektoru polis serjantı Dünyamalı Orucovun 18 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolnun ləğv edilməsinə dair şikayət ərizəsi və şikayət ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-759/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-759/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver