Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-762/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 05.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 05.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 bildirmişdir ki, onun barəsində tərtib olunmuş 05.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan 2021-ci ilin iyul ayında xəbəri olmuş və şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati tənbeh vermə haqqında göstərilən qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəm işin hallarını, inzibati tənbehvermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 01 (bir) ildən çox müddət keçdikdən sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X3 tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin 05.08.2020-ci il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və eyni zamanda ərizəçiyə prosessual müddətin bərpa olunması haqqında vəsatət qaldırmaq hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 05.08.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatət verməh hüququ izah edilsin. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-762/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-762/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver