Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-768/2020 26.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs X1 iştirakları ilə xx.xx.1970-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 29 nömrəli binanın damından X6 məxsus dəyəri 150 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 60 nömrəli binanın damından X2 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 20 nömrəli binanın damından X5 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 57 nömrəli binanın damından X3 məxsus dəyəri 98 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Məhərəsə Bağı qəsəbəsi 11 nömrəli binanın damından X4 məxsus dəyəri 80 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 29 nömrəli binanın damından X6 məxsus dəyəri 150 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 60 nömrəli binanın damından X2 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 20 nömrəli binanın damından X5 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 57 nömrəli binanın damından X3 məxsus dəyəri 98 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Məhərəsə Bağı qəsəbəsi 11 nömrəli binanın damından X4 məxsus dəyəri 80 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. O, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməmişdir. Törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyinə söz verir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı və xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli HK-1/306 saylı, xx xxxxxxxx 2020-ci il tarixli HK-1/466 saylı, xx xxxxxxxx 2020-ci il tarixli HK-1/452 saylı, xx xxxxxxxx 2020-ci il tarixli HK-1/480 saylı və xx xxxxxx 2020-ci il tarixli HK-1/613 saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarlardan müəyyən olunur ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 29 nömrəli binanın damından X6 məxsus dəyəri 150 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə gecə saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 60 nömrəli binanın damından X2 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 20 nömrəli binanın damından X5 məxsus dəyəri 100 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 57 nömrəli binanın damından X3 məxsus dəyəri 98 manat olan 1 ədəd su mühərriki və bir ədəd həmin mühərrikə bağlanmış su hidrafonu oğurluq yolu ilə talamışdır. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Məhərəsə Bağı qəsəbəsi 11 nömrəli binanın damından X4 məxsus dəyəri 80 manat olan 1 ədəd su hidrafonu oğurluq yolu ilə talamışdır. Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-768/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-768/2020
26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver