Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-768/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məsləhətçi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 05.04.1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, X7 İstismarı İdarəsinin rəisi əvəzi, baş mühəndis vəzifəsində çalışan, Bakı şəhəri, Yasamal r., Həsənbəy Zərdabi pr., 8 ünvanında qeydiyyatda olan və Gəncə şəh., Nizami ray., Ə.Nəzmi və B.Əliyev küçəsinin kəsişməsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)-261/2019 saylı icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək tələbkar Səfra Abdullayevanın istifadəsində olan Samux rayonu, Alabaşlı qəsəbəsində yerləşən istixanaya verilən təbii qazın verilişinin dayandırılması X7 İstismarı İdarəsinə qadağan edilməsi qət edilmişdir. Həmin qərardad əsasında verilmiş icra sənədi 01.05.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icranın təmin edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 03.05.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)-261/2019 saylı icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 24-cü maddələrinə əsasən icra edilməsi üçün 03.05.2019-cu il tarixdə aidiyyəti üzrə X7 İstismarı İdarəsinə göndərilmişdir. Borclu tərəfindən cavab olaraq bildirilmişdir ki, icra sənədinin icrası təmin edilmişdir. Lakin sonradan borclu qanunsuz olaraq qazın verilişini dayandırmışdır. 20.09.2021-ci il tarixdə X7 İstismarı İdarəsinin rəisi əvəzi, baş mühəndis Şəxs xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, borclu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)- 261/2019 saylı icra sənədinin icrasını təmin etməmiş, icra sənədinin icrasından dolayı yolla boyun qaçırmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində 07.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2- 2(83)-261/2019 saylı qərardadının icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2- 2(83)-261/2019 saylı qərardadı əsasında verilmiş icra vərəqəsində borclu qismində qərardadı icra edəcək tərəf “X2 və borclunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23 göstərilmişdir. X7 İstismarı İdarəsi məhkəmədə mübahisə predmeti üzrə tərəf kimi nə cavabdeh, nə də üçüncü şəxs qismində cəlb edilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)-261/2019 saylı icra vərəqəsindən görünür ki, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək tələbkar Səfra Abdullayevanın istifadəsində olan Samux rayonu, Alabaşlı qəsəbəsində yerləşən istixanaya verilən təbii qazın verilişinin dayandırılmasının X7 İstismarı İdarəsinə qadağan edilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X3 03.05.2019-cu il tarixli qərarının surətindən görünür ki, 03.05.2019-cu il tarixdə iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.05.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, X7 İstismarı İdarəsinə icra sənədində göstərilən tələbi könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.09.2021-ci il tarixli xəbərdarlıq barədə məktubdan görünür ki, Şəxs Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)-261/2019 saylı qərardadın icra olunması barədə rəsmi xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X7 İstismarı İdarəsinin 05.10.2021-ci il tarixli məktubundan görünür ki, Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə icra vərəqəsində borclu qismində qərardadı icra edəcək tərəfin “X1 və borclunun hüquqi ünvanının isə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23 göstərildiyini, X7 İstismarı İdarəsinin məhkəmədə mübahisə predmeti üzrə tərəf kimi nə cavabdeh, nə də üçüncü şəxs qismində cəlb edilmədiyini bildirmiş, icra sənədinin icra olunması üçün cavabdeh X1 hüquqi ünvanına və ərazi aidiyyəti üzrə Xətai rayonu üzrə İcra və probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ərizədən görünür ki, Səfra Abdullayeva ərizə ilə məhkəməyə müraciət edərək Qaz idarəsinin təbii qazın verilişini dayandırması ilə əlaqədar Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19.04.2019-cu il tarixli, 2-2(83)-261/2019 saylı qərardadının yenidən icra idarəsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası tələb edilmiş, X7 İstismarı İdarəsinin rəisi əvəzi, baş mühəndis Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də icra sənədinin icrasını təmin etməmiş, icra etməməsinin səbəbi kimi Gəncə şəhəri üzrə İcra idarəsinə məktubla icra vərəqəsində borclu qismində qərardadı icra edəcək tərəfin “X1 və borclunun hüquqi ünvanının isə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 23 göstərildiyini, X7 İstismarı İdarəsinin məhkəmədə mübahisə predmeti üzrə tərəf kimi nə cavabdeh, nə də üçüncü şəxs qismində cəlb edilmədiyini bildirmişdir. Məhkəmə iclasında X7 İstismarı İdarəsinin rəisi əvəzi, baş mühəndis Şəxs icra sənədinin icra olunması üçün cavabdeh X1 hüquqi ünvanına göndərilməli olduğunu bildirsə də, işin faktiki halları, icra məmurunun izahatları, inzibati xəta haqqında işin materialları onun məhkəmə qərardadı əsasında verilmiş icra sənədini icra etməməsinin heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, Şəxs əməlini məhkəmə qərardadını üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən ona inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilə Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-768/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-768/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver