Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-769/2021 08.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: ünvan 1-da yaşayan X4 19.06.2021-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək 19.06.2021-ci il tarixdə saat 05 radələrində yaşadığı evin qarşısında Xan bağı parkında gözətçi işləyən keçmiş əri Şəxs tərəfindən döyüldüyünü bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət 19.06.2021-ci il tarixdə Nizami RPİ-də HK-1/1240 sayla qeydə alınmışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair 08.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyati üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, X4 onun keçmiş arvadı olub. Onlar 3 ildir ki, məhkəmənin qərarı ilə ayrılıblar. Onlar hal-hazırda birlikdə yaşayırlar. 19.06.2021-ci il tarixdə yaşadıqları ünvanda aralarında mübahisə yarandığına görə o, əsəbləşib Aynurə Rzayevanı döymüşdür. Hal-hazırda keçmiş arvadı X4 ilə barışmışdır. Ona görə də məhkəmədən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Şəxs onun keçmiş əridir. 19.06.2021-ci il tarixdə keçmiş əri Şəxs məhkəmənin qərarı ilə yaşamaq hüququ verdiyi evdə münaqişə yaradaraq əl zərbəsi vurmaqla onu döymüşdür. Bu məsələ ilə bağlı DİN-nin 102 xidmətinə müraciət edərək Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda keçmiş əri Şəxs ilə barışmışlar, ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X5 bildirmişdir ki, X4 19.06.2021-ci il tarixdə Nizami RPİ-nə ərizə ilə müraciət edərək 19.06.2021-ci il tarixdə saat 05 radələrində yaşadığı evin qarşısında Xan bağı parkında gözətçi işləyən keçmiş əri Şəxs tərəfindən döyüldüyünü bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin material onun tərəfindən araşdırılmış və aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs keçmiş arvadını əl zərbəsi ilə vuraraq onu döymüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Prokurorluğunun 23 avqust 2021-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması üçün qərar Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli MN №1173652 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Şəxs 19 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında keçmiş arvadı Rzayeva Aynurə Maqsud qızını əl zərbəsi ilə vuraraq onu döymüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair düzgün olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən, həmin Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, məhkəmə hesab edir ki, Şəxs barəsində 08 oktyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16, 40, 48-53, 75, 112, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə, 08 oktyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-769/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-769/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver