Məhkəmə qərarları › İş №3(044)-78/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-78/2021

10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-78/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, şikayətçi X1 iştirakı ilə, Gəncə şəhər Nizami RPİ-nin rəisi, polis polkovniki X3 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xx.xx.2020-ci il tarixdə karantin rejimi qaydasını pozduğu üçün Gəncə şəhər Nizami RPİ-nin sahə rəisi Fariz Zeynalov tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xətaya görə o, Gəncə şəhər Nizami RPİ-nin rəisi, polis polkovniki X3 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 100 manat cərimə edilmişdir. X4, onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərarla razı deyildir. O, xx.xx.2020-ci il tarixdə, təxminən saat 21:00 radələrində Xan bağı parkında idman alətləri olan tərəfdə maskasını aşağı salıb siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşmış və karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmədiyini bildirmişlər. O, polis əməkdaşlarına siqaret çəkdiyi üçün maskasını aşağı saldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə aprmış və orada onun barəsində protokol tərtib edilmişdir. Buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Fariz Zeynalov bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə növbədə olarkən Xan bağı parkında xidmət aparan polis əməkdaşları Elvin Qulizadə və Rəşad Quliyev şikayətçi Pərvin Vəlizadəni polis idarəsinə gətirərək parkın ərazisində tibbi maskadan istifadə etmədiyini bildirmişlər. Buna görə də Pərvin Vəlizadə barəsində inzibati protokol tərtib olunmuş, sonuncu həmin protokolla tanış olaraq əməlindən peşman olduğunu, gələcəkdə bu cür hallara yol verməyəcəyini bildirmiş və bu barədə izahatı alınmışdır. Daha sonra inzibati qərar əsasında Pərvin Vəlizadə 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPİ-nin PPXnin polis nəfəri X6 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 22 radələrində o, polis nəfəri Rəşad Quliyevlə birlikdə Xan bağı parkında xidmətdə olarkən adını sonradan bildiyi Pərvin Vəlizadənin parkın ərazisində tibbi maskadan istifadə etmədiyini görərək sonuncuya yaxınlaşmışlar. X5 nə üçün tibbi maskadan istifadə emədiyini soruşmuşlar, sonuncu isə siqaret çəkdiyi üçün tibbi maskanı aşağı saldığını cavab vermişdir. O, Pərvin Vəlizadəyə parkın ərazisində tibbi maskadan istifadə etməli olduğunu, siqaret çəkməyə isə yalnız xüsusi ayrılmış yerlərdə icazə verildiyini izah etmiş və sonuncunu polis idarəsinə dəvət etmişlər. Bundan sonra onlar polis idarəsinə gəlmişlər, orada Pərvin Vəlizadə barəsində inzibati protokol tərtib edilmiş, sonuncu izahat verərək əməlindən peşman olduğunu və gələcəkdə belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli raportdan, inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Xan bağı parkında X4 tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş, orada Pərvin Vəlizadə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin inzibati xətaya görə 100 manat cərimə edilmişdir. - polis idarəsində verdiyi izahatında Pərvin Vəlizadə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə açıq məkanda tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxınlaşıb özlərini etdi və onu Nizami RPİ-yə dəvət etdilər. Etdiyi əməldən peşmandır, gələcəkdə bu cür hallara yol verməyəcəyinə dair söz verir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi Pərvin Vəlizadə tibbi maskasını siqaret çəkdiyinə görə aşağı saldığını bildirsə də, o, həmin vaxt siqaret çəkmək üçün xüsusi ayrılmış ərazidə olmamışdır. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 451 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması inzibati xəta hesab olunur. Qeyd olunan normadan göründüyü kimi Pərvin Vəlizadə parkın ərazisində tibbi maskadan istifadə etməyərək Nazirlər Kabinetinin müəyyən etdiyi tələbləri pozmuş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və barəsində olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X4 barəsində olan xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar