Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-783/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayоn Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir оğlu, Şəxs оğlunun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(044)- 783/2021 nömrəli qərarına xitam verilməsi ilə bağlı vəsatətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(044)-783/2021 nömrəli qərarı ilə Şəxs оğlu EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə Аzərbaycan Rеspublikası İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü mаddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs 28.10.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək bildirmişdir ki, cəriməni və dəbbə pulunu ödəmişdir, buna görə də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(044)-783/2021 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Şəxs оğlu Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 328.1-ci mаddəsinə əsаsən 10 manat məbləğində inzibаti cərimə еdilmişdir. Vəsatətə əlavə edilmiş Hökümət ödəniş portalının qəbzindən görünür ki, Şəxs tərəfindən EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən tətbiq edilmiş 10 manat cərimə məbləği və ona hesablanmış 6 manat dəbbə pulu (cəmi 16 manat) ödənilmişdir. İnzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(044)-783/2021 nömrəli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.10.2021-ci il tarixli, 3(044)-783/2021 nömrəli qərarına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-783/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-783/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver