Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-785/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 6.000 (altı min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınaraq X2 verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinə əsasən 6.000 (altı min) ABŞ dolları pul ödənilməsi tələb edilsə də, o, borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 6.000 (altı min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilmişdir. Lakin tələb Şəxs tərəfindən könüllü olaraq təmin edilməmişdir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə tələbkara olan borcunu ödəmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs borcunu ödəməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs adına “VAZ 21051” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinə əsasən ondan 6.000 (altı min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınaraq X2 verilməsi qət edilmişdir. Göstərilən məbləği birdəfəlik ödəməyə maddi imkanı çatmır. Borcundan hər ay 200 (iki yüz) manat ödəyə bilər. İlkin ödənişi 21.09.2021-ci il tarixdə 200 manat ödəmişdir. Bundan sonra da qalan borcunu mütəmadi olaraq ödəməyə və maddi imkanı düzələn kimi aylıq ödənişlərini artıracağına söz verir. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinə əsasən 6.000 (altı min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla Şəxs alınaraq ona verilməsi qət edilmişdir. Bugünki tarixə borclu Şəxs ona olan borcunu ödəməmişdir. Şəxs borcunun tam şəkildə ödənilməsini tələb edir. Şəxs qalan borcunu ödəmədiyi təqdirdə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra sənədinin surətindən müəyyən olunur ki, Şəxs 6.000 (altı min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “İcraata başlamaq haqqında” 17.03.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(044)-319/2020 saylı icra vərəqəsi Gəncə Şəhəri Üzrə İcra İdarəsinin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında işin materiallarında olan “Xəbərdarlıq” məktubundan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi olaraq xəbərdarlıq məktubu təqdim edilmiş və o, həmin xəbərdarlıq məktubunu şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Elektron məlumat portalından görünür ki, Şəxs adına “VAZ 21051” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır”. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən həyata keçirilmiş sorğular nəticəsində borclu Şəxs adına “VAZ 21051” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Lakin buna baxmayaraq Gəncə şəhəri üzrə İcra İdarəsi Şəxs borcunu onun adına olan nəqliyyat vasitəsinə yönəldilməsinə dair icra tədbrləri həyata keçirməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qanunun qeyd edilən müddəalarından da göründüyü kimi, borclu Şəxs adına nəqliyyat vasitəsi olan əmlak aşkar edilməsinə baxmayaraq icra məmuru tələbin həmin əmlaka yönəldilməsinə dair icra tədbirləri həyata keçirmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq, eyni zamanda proses iştirakçılarının izahatlarını dinləyərək, hesab edir ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun ödənilməsi üçün tələb onun adına olan nəqliyyat vasitəsinə yönəldilməli və digər məcburi icra tədbirləri həyata keçirilməlidir. Beləliklə də, qeyd edilənlər Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta tərkibinin olmadığını təsdiq edir, buna görə də onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,53,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-785/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-785/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver