Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-797/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə iştirakı ilə, X2 26.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, 18 iyul 2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən protokol tərtib edilərək 40 manat cərimə olunmağına dair qərar qəbul edilmişdir. Ona verilmiş qərarda Nemət Yolçuyevin adı qeyd olunduğu üçün o, şikayət ərizəsində sonuncunun adını qeyd etmiş, hazırda ona saxlayanın adının Nümayəndə olduğunu öyrənmişdir. O, yay aylarında mütamadi olaraq Gəncə-Daşkəsən avtomobil yolundan istifadə etmişdir. 18 iyul 2021-ci il tarixdə də o, özünə məxsus ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə-Daşkəsən avtomobil yolunun 20-ci km-də hərəkətdə olarkən, Nümayəndə onun avtomobilini əsassız olaraq saxladıb, guya təhlükəsizlik kəmərindən istifadə etmədiyini, ona görə onun barəsində İXM-nin 329.1-ci maddəsilə protokol tərtib etmişdir. Halbuki, həmin vaxt o, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Polis kapitanının ona qarşı qanuna zidd əməlinə və vəzifəsindən sui-istifadə etməsinə görə həmin vaxt Azərbaycan Respublikasını DİN-in 102 xidməti mərkəzinə də müraciət etmişdir. Ona 102 xidmətindən bildirilmişdir ki, tez bir zamanda müraciəti araşdırılıb nəticəsi barədə məlumat veriləcəkdir. O, barəsində tərtib olunan TP ******* saylı inzibati xəta haqqında protokolu qanunsuz hesab edir və ləğv olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə məhkəmə iclasında şikayəti qəbul etməyərək bildirdi ki, o, Daşkəsən RPŞ-nin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektrou vəzifəsində xidmət edir. 18.07.2021-ci il tarixdə Gəncə-Daşkəsən yolunda Etibar Məmmədov təhküləsizlik kəmərindən istifadə etmədiyi üçün onun tərəfindən saxlanılmış, o, özünü təqdim etmiş, sürücüyə hüquqları izah edilmiş və törətdiyi xəta barədə məlumat verilərək məsuliyyəti bildirilmişdir. Etibar Məmmədov əvvəlcə törətdiyi xətanı etiraf etsə də, sonradan ona bu barədə sübut göstərməsini tələb etmiş, ötən il başqa yol patrul xidməti əməkdaşının özünə cərimə ödətdirdiyini, protokol yazdığı üçün onun başının ağrıyacağını bildirmişdir. O, YPX avtomobilində video çəkiliş getdiyini və səslərinin yazıldığını Etibar Məmmədova bildirmiş, şikayəti olarsa, məhkəməyə müraciət etməsini izah etmişdir. Etibar Məmmədovun təhlükəsizlik kəmərindən istifadə etməməsi, təqdim etdiyi video görüntü və səsyazılarından da aydın olur. Sonda şikaətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 26.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X6 şikayətdə göstərdiyi halları, yəni təhlükəsizlik kəmərindən istifadə etməsini, Nümayəndə özünü təqdim etməməsini, qərəzli olaraq onu saxlamasını, ondan maddi vəsait tələb etməsini sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş vidoe görüntülərdən və səsyazılarından məlum olur ki, YPX inspektoru Nümayəndə 18.07.2021-ci il tarixdə Etibar Məmmədovu saxlayarkən dərhal səsyazan cihaza təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 99OB433 dövlət qeydiyyat nişanlı avtomobili saxlaması barədə məlumat vermiş, daha sonra sürücüyə özünü təqdim edərək hüquq və vəzifələrini izah etmiş, törətdiyi inzibati xətanı, təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirmiş, sürücü Etibar Məmmədov səbəb kimi ailəsi ilə olduğunu əsas gətirmiş, Nümayəndə hər bir halda təhlükəsizlik kəmərindən istifadə edilməli olduğunu, törətdiyi xətaya görə protokol tərtib olunacağını bildirmiş, sürücü Etibar Məmmədov törətdiyi xətanı Nümayəndə sübut edə bilməyəcəyini, şikayət verərək protokolu ləğv etdirəcəyini bildirmiş, DİN 102 xidmətinə mobil telefonla zəng edərək məlumat vermişdir. Göründüyü kimi Etibar Məmmədov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX inspekoru Nümayəndə tərəfindən saxlanılmış və qanuni şəkildə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ bəndinin 6-cı yarımbəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 26.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X3 barəsində 26.07.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-797/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-797/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver