Məhkəmə qərarları › İş №3(044)-799/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-799/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-799/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi Yuliya Koganın, onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, tərcüməçi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC barədə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs MMC-nin ünvanına 27.01.2021-ci il tarixdə bir ədəd “Volswagen Lupo” markalı, şassi: WAUZZZ4F89N026018 olan nəqliyyat vasitəsi Qırmızı körpü gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələblərini pozmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyindən, inzibati araşdırma barədə məlumat verilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Eyubov məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, işin icraatına başlanılmazdan əvvəl "Magen Davıd” MMC-nin rəhbəri X6 Mallar üzrə Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Yuliya Kogan və Gasanov Rauf adlı şəxs Əməliyyat- Təhqiqat şöbəsinə gəlmiş, onlara törədilən inzibati xəfa faktının mahiyyəti və hüquqvəzifələri izah olunmuşdur. MMC-nin səlahiyyətli nümayəndəs Gasanov Rauf tərəfindən inzibati orqana Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən 259668 nömrəli etibarnamə, həmçinin şəxsiyyətini təsdiq edən sənədlər, əlaqə nömrəsi, lazım olan digər məlumatlar təqdim olunmuş və işin icraatı zamanı prosesdə iştirak edəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Gasanov Rauf milliyətcə azərbaycanlıdır. Lakin sonradan İdarəyə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Sənədlərin Şəxs MMC-nin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. Bu səbəbdən tərəflərindən qanunvericiliyin tələblərinə müvafiq olaraq hüquqi şəxsin hüquqi ünvanına bildiriş göndərilərək, MMC-nin səlahiyyətli nümayəndəsi Əməliyyat-Təhqiqat şöbəsinə dəvət olunmuşdur. Həmçinin MMC-nin etibamamə ilə nümayəndəsi Rauf Gasanova telefon zəngi vasitəsi ilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs səlahiyyətli nümayəndəsinin iştirakından ötrü lazımi qaydada rəsmi xəbərdar edilməsinə baxmayaraq İdarəyə gəlməmiş, inzibati orqan inzibati xəta haqqında protokolun nümayəndənin iştirakı olmadan tərfib edilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol və digər sənədlər təcili teleqrafla hüquqi şəxsin ünvanına göndərilmiş və telefon vasitəsi ilə məlumat verilmişdir. Bundan başqa 31.07.2021-ci il tarixli inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni nümayəndəsi Yuliya Kogan məhkəmə iclasında izahatında göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən inzibati qaydada araşdırılma aparılarkən onun hüquqları pozulmuş, o inzibati orqana dəvət edilməmiş, həmin orqanda olduğu vaxtı tərcüməçi tələb etsə də, ona tərcüməçi təyin edilməmişdir. X2 şirkətinin işçisi və nümayəndəsi deyildir. Odur ki, məhkəmədən materialların Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Eyubov inzbati araşdırma aparılarkən Magen David MMCnin ünvanına bildiriş göndərilərək məlumat verildiyini bildirsə də, məktuba əlavə edilmiş poçt xəbərnaməsinin surətindən məlum olur ki, həmin xəbərnamədə Magen David MMCnin ünvanı ünvan 1 prospekti, ev 149, mənzil 82 göstərilməmişdir. Belə olan halda isə həmin bildirişin MMC-nin ünvanına çatması mümkün deyildir. Bundan başqa Həsən Eyubov MMC-nin nümayəndəsi qismində Rauf Gasanova məlumat verildiyini, lakin sonuncunun idarəyə gəlmədiyini bildirmişdir. X8 əsas iş yeri Magen David MMC olan MMC-nin işçisi və ya vəkil olmadığından Magen David MMC-nin nümayəndəsi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 64-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadında qeyd edildiyi və işin faktiki hallarından göründüyü kimi inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyindən, onun hüquq və vəzifələri izah edilmədiyindən, izahatı alınmadığından, inzibati araşdırma barədə MMC-yə məlumat verilmədiyindən və tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ təmin edilmədiyindən yenidən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. - 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. - 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Göründüyü kimi inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, yəni Magen David MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, ona tərcüməçi təyin olunmamış, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati araşdırma barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə görə maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi Yuliya Kogana göstərilmiş 2 saat hüquqi yardıma görə müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 1 saatı 6 manat olmaqla cəmi 12 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 31.07.2021-ci il tarixli, 14000-0293/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə geri qaytarılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi Yuliya Kogana dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 12 (on iki) manat məbləğində pul ödənilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar