Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-810/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X9, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala 17-c- 21 saylı materialla birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru Azad Qarayev Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər prokurorluğunun nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 22 dekabr 2020-ci il tarixdə vətəndaş X3 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək onun arvadı X5 Yeni X19 keysəriyyə əməliyyatı olunandan sonra mamaginekoloq Fərid Cəfərovun səhlənkarlığı nəticəsində səhhətində kəskin ağırlaşma baş verdiyini və peritonit olduğunu, nəticədə həkim müdaxiləsi ilə hər iki uşaqlıq borusunun bağlanması əməliyyatı olunduğunu bildirmişdir. Həmin məlumat əsasında aparılmış araşdırma zamanı zəruri ola biləcək şəxslərin izahatları alınmış, zəruri sənədlərin surəti materiala əlavə edilmiş və digər hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 27 noyabr 2020-ci il tarixdə mama-ginekoloq X24 X19 1981-ci il təvəllüdlü X5 üzərində keysəriyyə əməliyyatı icra etmiş və əməliyyatdan bir neçə gün sonra xəstənin vəziyyəti ağırlaşmış, müalicə ilə stabilləşmədiyinə görə 08 dekabr 2020-ci il tarixdə Bakı şəhərində yerləşən X8 İbrahimovanın üzərində diaqnostik əməliyyat icra edilmiş və xəstənin vəziyyəti düzəlmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, xəstə X11 19 xəstəliyi olmadığı halda mama ginekoloq Fərid-Rza Cəfərov tərəfindən xəstəyə həmin xəstəliyə görə müalicə yazılmışdır. X23 və Təranə İbrahimovaya digər tibbi prosedurları həyata keçirən həkimlərin əməllərində Azərbaycan Respublikası CM-nin 314cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 02 oktyabr 2021-ci tarixdə rədd edilmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, X24 X25 Mərkəzi ilə əmək müqaviləsi və ya xidməti müqaviləsi olmadan 27 noyabr 2020-ci il tarixdə həmin mərkəzdə xəstə Təranə İbrahimovanın üzərində qeysəriyyə əməliyyatı icra etmiş, 04 dekabr 2020-ci il tarixdə xəstə Təranə İbrahimova yenidən həmin Mərkəzdə qəbul edərək yarasının tikişləri sökülmüş, Həmin tarixdə X24 Təranə İbrahimovaya tibbi xidmət göstərməklə yanaşı, başqa şəxsləri də əməliyyat etmişdir. Materiala əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, həkim mama ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğlu ilə İntermedservis MMC arasında əmək müqaviləsi 13 yanvar 2021-ci il tarixdə bağlanmışdır. Bundan ayndın olur ki, Cəfərov Fərid-Rza Fikrət oğlu faktiki olaraq müvafiq tibbi xidmətlərin görülməsinə dair əmək müqaviləsi bağlanılmamışdan bir neçə müddət əvvəl Şəxs MMC-nin Yeni X19 tibbi xidmətlərin göstərilməsinə cəlb edilmiş və orada Təranə İbrahimova ilə yanaşı digər şəxsləri də əməliyyat etmişdir.Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində CM-nin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin əlamətləri olduğundan həmin maddə ilə hüquqi şəxs və onun vəzifəli şəxsi, yəni cəmiyyətin direktoru X14 barəsində inzibati icraat başlanılmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında icraatın başlanması haqqında qərarla razı deyildir. Belə ki, Şəxs MMC ilə həkim mama-ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğlu arasında 26.11.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmış və onun əsasında xəstə X1 əməliyyatı həkim tərəfindən icra olunmuşdur. Həmin podrat müqaviləsi heç yerdə qeydiyyata alınmır. Həmin əməliyyata görə həkim Fərid-Rza Cəfərova xəstəxana tərəfindən vergi tutularaq 600 manat ödəniş edilmiş, bu barədə kassa məxaric örderi vardır. Xəstəxananın illik hesabatında ümumi xərc kimi tutulan verginin içərisində həmin ödənişə görə də vergi tutulmuşdur, bu barədə illik hesabatı təqdim edə bilər, lakin həmin tutulmalarda qeyd edilən əməliyyata görə həkimə ödənilmiş pul üçün tutulan vergi ayrıca qeyd olunmur, ümumi xərclərin içərisində göstərilir. Əmək Məcəlləsində 02.04.2021-ci il tarixdə edilmiş dəyişikliyə qədər xəstəxanalarda həkimlərin podrat müqaviləsi ilə işləməsi üçün qanunda qadağa nəzərdə tutulmamışdır. Göründüyü kimi Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin pozuntuları yoxdur, odur ki, tərkib olmadığı üçün inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: - 13 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - 02 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təranə İbrahimovaya tibbi prosedurları həyata keçirən həkimlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddələrinin tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1ci maddəsinin tərkib əlamətləri olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində CMnin 162-1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. - 26 noyabr 2020-ci il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, əsas iş yeri X4 Məhdud Məsuliyyətli Cəmiyyəti olan, həkim-cərrah mama ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğlu 26 noyabr 2020-ci il tarixdən 11.12.2020-ci il tarixədək Şəxs MMC-də “Podrat müqavilə” əsasında müvafiq tibbi xidmət göstərilməsini həyata keçirmişdir. 17-c-21 saylı materialda olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 21.09.2021-ci il tarixli məktubuna əlavə edilmiş Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarışdan görünür ki, Cəfərov Fərid-Rza Fikrət oğlu “X4” MMC-də 16.10.2020-ci il tarixli əmək müqaviləsi əsasında əsas iş yeri olaraq, 13.01.2021-ci il tarixli əmək müqaviləsi əsasında Şəxs MMC-də əlavə iş yeri olaraq işləyir. 16.10.2020-ci il tarixli əmək müqaviləsi 16.10.2020-ci il tarixdə, 13.01.2021-ci il tarixli əmək müqaviləsi isə 12.02.2021-ci il tarixdə sistemə daxil edilmişdir. - X16 surətindən görünür ki, 30.11.2020-ci il tarixdə keysəriyyə əməliyyatı olunmaq üçün xəstə Təranə İbrahimovaya görə həkim mama-ginekoloq Cəfərov Fərid-Rza Fikrət oğluna 600 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC-yə İXM-nin 192.1ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Çünki Şəxs MMC-nin nümayəndəsi MMC ilə həkim Fərid-Rza Cəfərov arasında 26.11.2020-ci il tarixdə podrat müqaviləsi bağlandığını və bunun əsasında həkimin xəstəxanada xidmət götərdiyini bildirsə də, həmin müqavilə nə MMC-nin özündə, nə də müvafiq dövlət orqanlarında qeydiyyata alınmamışdır. Həmçinin nümayəndə həkimə ödənilən xidmət haqqından vergi tutulduqdan sonra 600 manat ödəniş edildiyini bildirmiş, lakin MMC-nin vergi orqanına verdiyi hesabatda həqiqətən həmin ödənişə görə vergi tutulduğunu, həmçinin əməliyyat aparıldığı vaxtı tərəflər arasında müqavilənin mövcud olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bütün bunlar onu göstərir ki, tərəflər arasında olan həmin podrat müqaviləsi və ciddi hesabat sənədi olmayan kassa məxaric orderi sonradan tərtib olunmuşdur. Hətta Gəncə şəhər prokurorluğunda araşdırma aparılarkən 18.01.2021-ci il tarixli izahatında həkim Fərid-Rza Cəfərov 2020-ci ilin oktyabr ayından əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyini qeyd etmişdir. Halbuki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində həkim Fərid-Rza Cəfərovun Şəxs MMC-də 12.02.2021-ci il tarixdən əlavə iş yeri olaraq işlədiyi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən Şəxs MMC tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər prokurorluğu tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-nin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-810/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-810/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver