Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-862/2020 11.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, Şəxs Atatürk prospekti ilə Nizami küçəsin kəsişməsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmaqla polisin qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Nizami RPİ-nin polis sahə rəisi, polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs Atatürk prospekti ilə Nizami küçəsin kəsişməsində tibbi maskadan düzgün istifadə etmədiyi üçün saxlanılmış, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı üçün Nizami RPİ-yə gətirilmiş, orada da tabesizlik edərək polislə mübahisə edərək polis əməkdaşlarına müqavimət göstərmişdir. Bununla da Şəxs İXM-in 535.1-ci və 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, saat təxminən 12-yə qalmış Moskva Marketin yanında aptekdən çıxarkən polis əməkdaşı ona yaxınlaşmış, tibbi maskadan düzgün istifadə edilməsini tövsiyə etmişdir. O, tibbi maska taxsa da, nəfəs almaqda çətinlik çəkdiyinə görə maska nəfəs yollarındak qismən kənarda saxlanılmışdı. Polis əməkdaşının təklifindən sonra o maskadan qaydalara uyğun olaraq istifadə etmişdir. Ancaq polisə qarşı müqavimət göstərmiş, o öolsin qanuni tələblərinə tabe olmuşdur. Etdiyi hərəkətlərdən peşman olduğunu, bir daha belə hərəkətlər etməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis kiçik serjantı X1 izahatında bildirdi ki, o Unibankın qarşısında xidmətdə olarkən Şəxs maskadan qaydalara uyğun olmayan tərzdə istifadə etməsini görmüş, ona yaxınlaşaraq maskadan qaydalara uyğun şəkildə istifadə edilməsini təklif etmiş, o buna qarşı etirazını bildirmiş, polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamış, buna baxmayaraq sonradan maskanı nəfəs yollarına keçirmişdir. Məhkəmə barəsində iş üzrə inzibati icraat aparılan şəxsin və məhkəmə iclasında iştirak edən şahidin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə toplanılmış materiallarla qarşılıqlı şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməli, AR İXM-nin 211.2-ci maddəsi ilə isə onun əməli tam sübuta yetirildiyindən o AR İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi Şəxs özünü AR İXM-nin 211.2ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o Gəncə şəhərində yerləşən Moskva Marketin yanında aptekdən çıxarkən nəfəs almaqda çətinlik çəkdiyi üçün maskanı geyinsə də, geyindiyi maska nəfəs yollarını örtməmişdi. Polis əməkdaşının tələbindən sonra maskadan qaydalara uyğun şəkildə istifadə etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci i tarixli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilərək Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması qərara alınmışdır. Göründüyü kimi Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi hesab edilmişdir. Məhkəmə Şəxs AR İXM-nin 211.2-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şəxs də Şəxs maskadan düzgün istifadə etməməsini bildirməklə yanaşı,məhkəmə iclasında Şəxs özü də etiraf edərək göstərmişdir ki, onun üzərində maksa olmuşdur, sadəcə o maskanı çənə nahiyəsində saxlamışdır. Məhkəmə Şəxs qeyd edilən izahatı ilə bağlı onu qeyd edir ki, tibbi maska tənəffüs yollarını qoruyan fərdi vasitədir. Nazirlər Kabinetinin Qərarının isə yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə qəbul edildiyini nəzərə alsaq o zaman maskanın şəxsin üzərində və yaxud insan əzasının digər nahiyələrini deyil, məhz tənəffüs yollarını örtməsi məcburiliyi başa düşülməlidir. Buna baxmayaraq məhkəmə araşdırılması zamanı Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Belə ki, karantin rejiminin qaydalarını pozaraq, maskadan qaydalara uyğun istifadə etmədən, ictimai yer olan ərazidə Nazirlər Kabinetinin qərarının tələblərinin pozulmasının hüquqi nəticəsinin şəxsə izah edilməsi və inzibati xətanın qarşısını almaq istəyən polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamada özünü ehtiva edən hər hansı hallar edilməmişdir. Belə ki, Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci i tarixli Qərarının 3-cü hissəsinə əsasən “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli 2 Qərarında nəzərdə tutulan məhdudiyyətlərin bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlaması qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edildiyindən həmin qərarın icrası ilə bağlı polis əməkdaşının vətəndaşa yaxınlaşması onun hərəkətlərini qanuniləşdirir, həmin pozuntuları aradan qaldırmağa cəhd edən polis əməkdaşına imkan yaradılmaması isə polisin qanuni tələbinin pozulması kimi qiymətləndirilməlidir. Yəni, hazırki işdə polisin tələbi də qanuni olmuş, Şəxs polisin qanuni tələblərinə tabe olmuşdur. Əks halda onun barəsində AR İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilərək Polis İdarəsində ondan izahatın alınması da mümkün olmazdı. Məhkəmə İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin dispoziya şərtləri ilə Şəxs polis idarəsinin inzibati binasında səs-küy salaraq polisin qanuni tələbinə tabe olmaması kimi hərəkətlərini xətanın tərkib elementləri baxımından müqayisə edərək belə hesab edir ki, səs-küy salmaqla, təhqir etməklə, ictimai qaydanı pozmaqla müşayət olunan bu kimi hərəkətlər İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri deyildir. Barəsində inzibati icraat aparılan şəxsin əməlində məhkəmə araşdırması zamanı polisin qanuni tələblərinə əməl etməməkdə ifadə olunan hər hansı hərəkətlər müəyyən edilmədi. Ona görə də həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.1-ci maddəsinə əsasən xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından göründüyü kimi Şəxs xx xxxxxx 2020-ci ildə saat 11.38-də inzibati qaydada tutulmuşdur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);. inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü Şəxs əməlində inzibati xəta tərkibi olmadığından həmin hissə üzrə başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-24, 32, 40, 43, 48-52, 57-61, 114, 117, 128-130,150-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-862/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-862/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver