Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-87/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxslər X2 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, ailəli, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 29-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, 12.01.2022-ci ildə yaşadığı evdə X4 və qaynanası X3 vuraraq, xəsarət yetirməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X8 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, 12.01.2022-ci tarixdə həyat yoldaşı X4 və qaynanası X3 vuraraq, onlara xəsarət yetirmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, 12.01.2022-ci il tarixdə həyat yoldaşı Şəxs ilə aralarında mübahisə yaranmış və Şəxs onu boğaraq döymüşdür. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, 07.01.2022-ci il tarixdə Hümbətov X10 qardaşıyla onun evinə göndərmiş, 12.01.2022-ci il tarixdə Elşən onlara gəlmiş, uşağı görmək istədiyini və uşağa mağazadan nəsə alcağını demiş, Elşən uşağı aparanda onunla birlikdə mağazaya getmiş, daha sonra kürəkəni ilə birlikdə Elşəngilə getmiş, Elşən telefonla Zərinəyə zəng edərək evə gəlməsini demişdir. Zərinə isə evə gəlməkdən imtina etmiş, daha sonra kürəkəni nəvəsini qızına verəcəyini demiş, taksi ilə onu evə geri qaytarmış, avtomobildən düşən kimi azyaşlı nəvəsini götürüb özü ilə aparmış, Elşən telefonla qızına zəng edərək, barışmaq istədiyini bildirmiş, uşağı götürmək istəyirsə gəlib evdən götürə biləcəyini demişdir. O, qızı Zərinə ilə birlikdə onların yaşadığı ünvan 1 ünvana getmişlər, həmin vaxt qızı Zərinə uşağı götürmək istəyəndə kürəkəninin ondan evdə qalmasını, getmək istəyirsə özünə məxsus əşyaları yiğıb birdəfəlik getməsini demiş, qızı Zərinə özünə məxsus əşyaları yığan zaman kürəkəni və qudası evdə münaqişə yaratmışlar, qızına məxsus əşyaları dağıtmışlar. Həmin vaxt Elşən təpiklə Zərinənin qarın nahiyyəsinə vurmuş, əli ilə boğmağa başlamış, sonra onu da vurmuş, nalayiq sözlər demiş, təhqir etmiş, evdən çıxarıb azyaşlı nəvəsini verməkdən imtina etmişdir. Oradan çıxdıqdan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasına gələndə Şəxs onun üzünə tüpürüb təhqir etmişdir. Məhkəmədən Şəxs barəsində həbslə bağlı inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 12.01.2022-ci il tarixdə yaşadığı ünvanda olan zaman həyat yoldaşı X7 və qaynanası X6 ilə aralarında mübahisə olmuş, bu zaman o, həyat yoldaşı Zərinəni və qaynanası İsməti vuraraq, xəsarət yetirmişdir. Əməlindən peşman deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərçəkmiş şəxslərin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həyat yoldaşı X4 və X3 vuraraq xəsarət yetirmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş və inzibati tənbeh görülməsi üçün qərarın surəti Gəncə şəhəri Nizami RPİ-nin İTB-nə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 157-ci maddəsinə əsasən üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-87/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-87/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver