Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-871/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə ŞBPİ-nin DYPŞ-nin YNH inspektoru polis leytenantı X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X6 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 23 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində ASC “Xalq” Bankın qarşısında Şəxs sürücülük hüququ olmadan idarə etdiyi "xxxx" markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə ASC “Xalq” Bankın bərabərliyində yolu sol tərəf hissəsi ilə geriyə doğru istiqamətində hərəkətdə olarkən ehtiyatsızlıqdan oradan yolu keçən piyadanı vurmuş, nəticədə qadın sol dizindən yüngül xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı Şəxs ödəmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 23.06.2021-ci il tarixdə, saat 12 radələrində sürücülük hüququ olmadan idarə etdiyi, "xxxx" minik markalı 33BG 890 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Heydər Əliyev prospektində “Xalq” bankın qarşısında dayanmış, hərəkətə başlamazdan əvvəl yolun arxa tərəfinə doğru avtomobilini hərəkət etmək istədikdə, avtomobilin sağ tərəfində bir qadının dayandığını, avtomobilin sürəti zəif olduğu üçün yavaş-yavaş hərrəkətə davam etdiyini və bu zaman səs gəldiyini və piyadanı vurduğunu görmüşdür. O, dərhal avtomobildən düşmüş, piyadaya yaxınlaşaraq onu xəstəxanaya aparmağı təklif etmiş, sonuncu razı olmamış, daha sonra isə onu evlərinə apamağı təklif etmiş o, yenə də razı olmamışdır. Bundan sonra o avtomobilinə əyləşib hərəkətə davam etmişdir. İfadəsinin sonunda Şəxs etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və İİ qrup müharibə əlili olduğunu məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, o, Şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənildiyini, heç bir şikayəti və tələbi olmadığını bildirmiş, məhkəmə iclasında iştirak edə bilmədiyi üçün onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İş materiallarında olan: - 27 iyul 2021-ci il tarixli Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X3 cinayət işinin rədd edilməsi qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin 27.07.2021-ci il tarixli 1050 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü vətəndaş X1 məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədə əsasən nəticəyə gəlmişdir ki, vətəndaş X1 bədəni üzrərində müəyyən edilmiş xəsarətlər sol diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), sol daban nahiyyəsinin qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.06.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, İİ dərəcəli müharibə əlili olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-871/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-871/2021
26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver