Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-896/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 3(043)-338/2016 saylı icra sənədinə əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. X1 barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən ona görə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə olunsa da, o, cəriməni ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 məhkəməyə ərizə təqdim edərək, inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-896/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-896/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver