Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-922/2021 19.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolu üzrə SmsRadar.az xidmətindən 28.10.2021-ci il tarixdə saat 10:35 radələrində istifadəsində olan mobil telefonuna sms vasitəsi ilə daxil olan məlumata əsasən onun idarə etdiyi “Nissan March” markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobillə 16.10.2021-ci il tarixdə saat 10:18:00 radələrində ünvan 1 ünvanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən (nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1,11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) 100 manat məbləğdə və 4 bal cərimə olunmağı qeyd olunumuşdur. Belə ki, 16.10.2021-ci il tarixdə Gəncə şəhəri, Nizami Rayonunda “Hyundai İx35” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət aparan və özünü Anar Abdullayev adlı şəxs kimi təqdim edən YPX-nin əməkdaşı hərəkətdə olduğu zaman onun idarə etdiyi avtomobilinə ünvan 2 ünvanda saxlama əmri vermiş və o, Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanda yolun sağ tərəfində maşını dayandırmışdır. Aparılan danışıqlar zamanı o, həmin əməkdaşa heç bir yol hərəkəti qaydasını pozmadığını bildirsə də polis əməkdaşı buna əhəmiyyət verməyərək qərəzli olaraq qayda pozulması ilə bağlı ona hər hansı bir foto və ya video görüntü kimi heç bir sübut və ya rəsmi sənəd təqdim etməmişdir. Sonradan isə Gəncə şəhər DYPŞ-nin YPX-nin inspektoru polis serjantı X4 özü onu iştirakı olmadan qanunsuz İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolunu tərtib etmişdir. Bunu müəyyən etmək üçün Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ilə Həsən Əliyev küçəsinin kəsişməsində olan müşahidə kameraları və ya həmin əməkdaşın üzərində xidməti zamanı təchiz olan səs yazısını qeydə alan mikrofon vasitəsi ilə araşdırma aparmaq mümkündür. Əlavə olaraq bildirir ki, ünvan 4 ünvandan 505 saylı ünvana kimi birtərəfli hərəkət yoludur. Qeyd edilən “Hyundai İx35” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomobil isə ünvan 5 ünvanda Heydər Əliyev adına olan meydanın mərkəzi giriş hissəsində yolun sağ tərəfində park şəkilində dayanmışdır. Qeyd etdiklərini həmin ərazidə olan müşahidə kameraları vasitəsi ilə müəyyən etmək olar. ünvan 6 ünvanda hərəkətdə olduğu zamanı sükan arxasında qadın sürücü görüb maşının dalınca düşmüşdür, bununla da o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz əməli ilə məşğul olduğunu sübuta yetirir. Belə ki, Yol Patrul Xidməti avtomobili perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını oxumaq imkanına malikdir. Həmin sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Yol Patrul Xidmətinin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vaistəsi sürət həddini aşmış və ya qayda pozuntusu edən nəqliyyat vasitələri barədə məhumatları sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş X15i İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞnin İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolu barədə məlumatı SmsRadar.az xidmətindən 28.10.2021-ci il tarixdə saat 10:35 radələrində göndərilən sms əsasında bilmişdir. Qeyd olunan İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolun və həmin protokol üzrə olan TP ******* saylı 28.10.2021-ci il tarixli qərarın surətini isə 28.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞdən almışdır. Lakin bu məsələni obyektiv araşdırmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri DYPŞ-nin polis mayoru X7 tərəfindən İXP ******* saylı 16.10.2021-ci il protokol üzrə qayda pozulması ilə bağlı hər hansı sübut olmadan, vizual olaraq TP ******* saylı 28.10.2021-ci il tarixdə qanunsuz qərar qəbul edilmişdir. Belə ki, qeyd olunan qayda pozulması ilə bağlı inzibati xətanı aşkar edən YPX avtomobili və ya əməkdaşın haqqında müvafiq inzibati protokol və eyni zamanda foto və ya video görüntüsü (cari tarix, saat) kimi təqdim edilən sübutlarda foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin köməyi ilə aşkar edilmiş avadanlıq və ya cihazı barədə hər hansı bir məlumatlar İXP ******* saylı 16.10.2021-ci il tarixli protokolunda və eyni zamanda TP ******* saylı 28.10.2021-ci il tarixli qərarında qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs X4 izahat verərək bildirmişdir ki, 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X9 tərəfindən inzibati xətanın Gəncə şəhəri, Heydər Əliyev prospekti 429 ünvanında törədilməsi qeyd olunmuşdur. Əslində isə X9 tərəfindən inzibati xəta Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində törədilmişdir. Şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X15 Şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində 16 oktyabr 2021-ci il tarixdə saat 10:18-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutuluş inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər X15 Şöbəsinin polis mayoru, X3 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəlləyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında işin hallarından göründüyü kimi, X9 tərəfindən törədilmiş inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin inzibati xəta hadisəsinin mövcudluğu ilə razı olmadığına baxmayaraq, onun barəsində məlumatı olmadan və həmin protokol üzrə araşdırma aparılması barədə məlumat verilmədən 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4cü maddəsində müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın kağız daşıyıcıda surəti səlahiyyətli orqan tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilməmişdir. Nəticədə isə X6 barəsində tərtib edilmiş inzibati xəta haqqına protokolun yuxarı səlahiyyətli orqana göndərilərək araşdırılması ilə bağlı hüquqları pozulmuşdur. Bundan başqa, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahatında göstərmişdir ki, inzibati xəta hadisəsi Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində törədilmişdir, lakin 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın Gəncə şəhəri, Heydər Əliyev prospekti 429 ünvanında törədildiyi göstərilmişdir. Bundan başqa, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 30.10.2021-ci il tarixli məktubla ünvanlanmış İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərarda X6 törətdiyi inzibati xəta ilə əlaqədar “əks istiqamətə idarə edib” hərəkətini etdiyi göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 barəsində tərtib edilmiş 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda onun “nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1,11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə” inzibati xətasını törətdiyi göstərilmişdir. Beləlikə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən həmin qərarla bağlı gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən Gəncə şəhər X15 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X1 16.10.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 28.10.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Gəncə şəhər Baş Polis İdarəsi X5ytarılmalı, işə yenidən baxılarkən hazırki qərarda göstərilən tələblərə diqqət yetirilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayətində və hazırki qərarda göstərdiyi mübahisəli hallar araşdırıldıqdan sonra qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Gəncə şəhər X15 Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilən 28.10.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Gəncə şəhər X15 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-922/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-922/2021
19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver