Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-923/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, şikayətçinin müdafiəçisi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X5 20.10.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş X14 Xidməti Gəncə regional ərazi şöbəsinin 20 oktyabr 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçinin müdafiəçisi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, 07 oktyabr 2021-ci il tarixdə X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola və qərara əsasən X22 ASC-nin İdarə heyətinin sədri X10 vəzifəli şəxs kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələblərini pozaraq işçi X13 barəsində olan əmək müqaviləsinin xitam verilməsinə dair əmrdə əsas göstərməmişdir. Ələsgər Yahyayev işçi X7 01 və 02 aprel 2021-ci il tarixlərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada heç bir üzrlü səbəb olmadan bütün iş günləri işə gəlməməsi səbəbindən onunla bağlanılmış əmək müqaviləsinə Səhmdar Cəmiyyətinin 24 may 2021-ci il tarixli İ-63 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Cümçüd Abasovla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra müxtəlif inzibati orqanlara şikayətlər ünvanlamışdır. C.Abasovun şikayəti əsasında X14 Xidməti Gəncə regional ərazi şöbəsində araşdırma başlanmış və həmin şöbənin 31 avqust 2021-ci il tarixli **********4 saylı məktubu ilə Cümşüd Abasovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq sənədlərin, son haqq-hesabın hesablanıb ödənilməsi, əmək kitabçasının verilməsi və s. digər müvafiq sənədlərin və müəssisənin cavab məktubunun təqdim edilməsi tələb edilmişdir. Göründüyü kimi X14 Xidməti Gəncə regional ərazi şöbəsinin məktubu ilə müəssisədən C.Abasovun işdən azad olunması ilə bağlı əsaslandırılmış əmrin təqdim edilməsi tələb edilməmişdir. Bundan başqa C.Abasov şikayətində işdən azad olunmasını mübahisələndirmədiyindən, X14 Xidməti Gəncə regional ərazi şöbəsinə əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişi, poçt xəbərnaməsi, C.Abasovun işə çıxmaması barədə məlumat, C.Abasovun izahat verməkdən imtina etməsinə dair akt, C.Abasovun təqsirkar olduğu avtoqəza ilə bağlı izahatı, istifadə edilməmiş məzuniyyət haqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərlə yanaşı 24 may 2021-ci il tarixli K-121 saylı əmr təqdim edilmişdir. Qeyd olunan əmrdə sadəcə C.Abasovxun işdən azad olunması əsasları sadalanmış və son haqq-hesabatın aparılmasına dair mühasibatlığa göstərişlərin verilməsi əks edilmişdir. X14 Xidməti Gəncə regional ərazi şöbəsinə digər sənədlərlə yanaşı 24 may 2021-ci il tarixli akt əlavə edilmişdir və qeyd olunan 24 may 2021-ci il tarixli aktda X7 izahat verməsi və i-63 saylı əmrlə tanış olmaqdan imtina etməsi qeyd edilmişdir. Adı çəkilən 24 may 2021-ci il tarixli aktda C.Abasovun işdən azad olunması ilə bağlı əsaslandırılmış əmrə istinad edilməsi həmin əmrin məhz C.Abasovun işdən azad olunduğu gün, yəni 24 may 2021-ci il tarixdə tərtib edilməsinə dəlalət edir. Yuxarıda qeyd olunan sənədlər X14 Xidməti Gəncə regional ərazi şöbəsinə təqdim edildikdən sonra həmin şöbənin 01 oktyabr 2021-ci il tarixli **********8 saylı məktubu ilə təqdim olunmuş sənədlərə baxılan zaman inzibati xətanın əlamətlərinin olmasının müəyyən edildiyi və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar X10 şöbəyə dəvət olunmuşdur. Bundan sonra X14 Xidməti Gəncə regional ərazi şöbəsinə geniş izahat və qoşmada “X22” ASC-nin 24 may 2021-ci il tarixli İ-63 saylı əmrinin surəti olmaqla digər müvafiq sənədlər baş əmək müfəttişi Fizuli Verdiyevə təqdim olunmuşdur. Bundan başqa elektron sistemə əmr yerləşdirilərkən mütəxəssis Fidan Musayeva İ-63 saylı əmrin əvəzinə K-121 saylı əmri yerləşdirmiş, buna görə də sonuncuya rəsmi olaraq yazılı xəbərdarlıq edilmişdir. Cümşüd Abasovun işdən azad olunmasını özündə əks etdirən 24 may 2021-ci il tarixli İ-63 saylı əsaslandırılmış əmr X14 Xidməti Gəncə regional ərazi şöbəsinə təqdim edilməsinə baxmayaraq, təqdim olunmuş sənədlərə heç bir qiymət verilməmiş və 20 oktyabr 2021-ci il tarixdə X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında ******* saylı, 20 oktyabr 2021-ci il tarixli qərar qəbul edilərək 1500 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan başqa elektron sistemə əmr yerləşdirilərkən mütəxəssis Fidan Musayeva İ-63 saylı əmrin əvəzinə K-121 saylı əmri yerləşdirmiş, buna görə də sonuncuya İ-134 saylı əmrə əsasən rəsmi olaraq yazılı xəbərdarlıq edilmişdir. X22 ASC-də verilən əmrlər barədə xüsusi kitab yoxdur, çünki indi bütün əmrlər elektron sistemə işlənir, İ-63 saylı əmr heç yerdə qeydə alınmamış, elektron sistemdə həmin əmrin əvəzinə K-121 saylı əmr işlənmişdir. O, hesab edir ki, “X22” ASC-nin 24 may 2021-ci il tarixli İ-63 saylı əmrinin mövcud olması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır və bu səbəbdən də X5 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında ******* saylı 20 oktyabr 2021-ci il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə regional ərazi şöbəsinin nümayəndəsi X6 məhkəmə iclasında şikayəti qəbul etməyərək bildirdi ki, şöbəyə daxil olmuş X7 şikayəti əsasında araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində X22 ASC-nin İdarə Heyətinin sədri X5 əmək qanunvericiliyinin tələblərini pozduğu müəyyən olunmuşdur. Belə ki, sonuncu X23 Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən çıxarması barədə K-121 saylı əmri əsaslandırmamışdır. Bununla bağlı Ələsgər Yahyayevdən lazımı sənədlər tələb olunmuş, sonuncu sonradan İ-63 saylı əmri təqdim etmişdir. Ümumiyyətlə bir məsələ barəsində 1 əmr verilir, qanunvericilikdə işçinin işdən çıxması ilə bağlı iki əmr verilməsi qaydası yoxdur. Həmçinin işçi sistemə əmrin nömrəsi səhv daxil edilmişdirsə, Ələsgər Yahyayev bu barədə əmr qəbul edərək sistemdə əmrin nömrəsini dəyişdirə bilərdi. Sistemdə əmrin nömrəsini düzgün yerləşdirmədiyi üçün mütəxəssis Fidan Musayeva onların qərarından sonra yazılı xəbərdarlıq edilmişdir. İ-63 saylı əmr heç yerdə qeydiyyatda yoxdur və altsistemdə Cümşüd Abasovun işdən çıxması üçün əsas K-121 saylı əmr olmuş, həmin əmr isə əsaslanırılmamışdır. Sonda şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - 20.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xətanı törədilməsinə görə 1500 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildişindən görünür ki, X13 K-121 saylı 24.05.2021 tarixli əmək müqaviləsinə xitam verilməsi əmri ilə X22 Açıq Səhmdar Cəmiyyətindən Əmək Məcəlləsinin 70-cim addəsinin "xxxx" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozmaq) əsasən 24.05.2021-ci il tarixdə işdən azad edilmişdir. - X22 Açıq Səhmdar Cəmiyyətinin 24 may 2021-ci il tarixli İ-63 saylı əmrindən görünür ki, sürücü X13 üzrsüz səbəblərdən 01-02 aprel 2021-ci il tarixlərdə işə çıxmamaqla əmək vəzifələrini kobud şəkildə pozduğu, təqsirli hərəkətləri nəticəsində Səhmdar Cəmiyyətinin balansında olan avtomaşınlara maddi zərər yetirdiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. - X22 Açıq Səhmdar Cəmiyyətinin 24 may 2021-ci il tarixli K-121 saylı əmrindən görünür ki, Zavodun Nəqliyyat şöbəsinin 1-ci dərəcəli sürücüsü X7 əmək müqaviləsinə 24.05.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (əmək funksiyasının yerinə yetirilməməsi ilə əlaqədar) xitam verilmişdir. - 24 may 2021-ci il tarixli aktdan görünür ki, X22 ASC-nin Baza rəhbəri-Rüstəmov Fəxrim oğlu, X22 ASC-nin gözətçisi X12 və X22 ASC-nin sürücüsü X3 aktı tərtib etmişdir ona görə ki, 24 may 2021-ci il tarixdə X22 ASC-nin Cəlilabad satış bazasının sürücüsü X13 Cəmiyyətin 24 may 2021-ci il tarixli, İ-63 əmr ilə işdən azad edilmişdir. Cümşüd Abasova qeyd olunan əmrlə tanış olması və izahat verməsi təklif edilmiş, lakin o heç bir səbəb göstərmədən əmrlə tanış olmaq və izahat verməkdən imtina etmişdir. - X22 Açıq Səhmdar Cəmiyyətinin 07.10.2021-ci il tarixli İ-134 saylı əmrindən görünür ki, Səhmdar Cəmiyyətinin Kadrlar şöbəsinin mütəxəssisi X8 24 may 2021-ci il tarixdə tutduğu vəzifəyə səhlənkar yanaşaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilən Cümşüd Abasovun əmək müqaviləsinə xitam verərkn səhvən elektron informasiya portalında İ-63 saylı əmrin əvəzinə K-151 saylı əmri qeyd etdiyi üçün ona yazılı xəbərdalıq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X19 X22 ASC-nin sürücüsü Cümşüd Abasovun əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, X17 Abasovu İ-63 saylı əmrə əsasən işdən çıxadığını, K-121 saylı əmrin sadəcə kadrlar üçün verildiyini bildirsə də, elektron informasiya portalında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildişindən Cümşüd Abasovun K-121 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verildiyi və işdən azad edildiyi müəyyən olunmuşdur. Həmin K-121 saylı əmrdə isə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Qeyd olunan normadan göründüyü kimi Ələsgər Yahyayev tərəfindən verilmiş K- 121 saylı əmrdə Cümşüd Abasovun əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. X11 İ-63 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verildiyini bildirsə də, həmin əmrin nə xüsusi kitabda, nə də kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatı aparılmamış, həmin əmrin həqiqətən 24.05.2021-ci il tarixdə, yoxsa sonradan hazırlandığını müəyyən etmək mümkün olmamışdır. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinə 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Bundan başqa şikayətçinin müdafiəçisi Nümayəndə Cəmiyətin Kadrlar şöbəsinin mütəxəssisi X1 elektron informasiya portalına İ-63 saylı əmrin əvəzinə K-151 saylı əmri qeyd etdiyi üçün sonuncuya İ-134 saylı əmrlə yazılı xəbərdarlıq edildiyini bildirmişdir. İlk növbədə həmin əmrdə K-121 saylı əmr deyil, K-151 saylı əmrin qeyd edildiyi gösərilmişdir. İkincisi, hətta K-121 saylı əmr göstərilsə belə, mütəxəssis Fidan Musayevaya yazılı xəbərdarlıq DƏMX Gəncə regional şöbəsində araşdırma aparıldıqdan sonra verilmiş və İ- 134 saylı əmrin də heç yerdə uçotunun qeydiyyatı aparılmamışdır. Əgər K-121 saylı əmr elektron informasiya sisteminə həqiqətən səhv daxil edilmiş idisə, Ələsgər Yahyayev həmin əmrin dəyişdirilməsi ilə bağlı müvafiq əmr verə bilərdi. Göründüyü kimi Ələsgər Yahyayev işçi Cümşüd Abasovun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyi üçün Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə regional ərazi şöbəsi qanuni şəkildə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X5 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 20.10.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X10 barəsində 20.10.2021-ci il tarixli, MN 0646391 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-923/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-923/2021
08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver