Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-979/2021 16.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli qərardadına əsasən həmin inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyindən, onun hüquq və vəzifələri izah edilmədiyindən, izahatı alınmadığından və tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ təmin edilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Eyubov məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, işin icraatına başlanılmazdan əvvəl "Magen Davıd” MMC-nin rəhbəri X1 Mallar üzrə Baş Gömrük İdarəsinə dəvət olunmuşdur. Yuliya Kogan və Gasanov Rauf adlı şəxs Əməliyyat- Təhqiqat şöbəsinə gəlmiş, onlara törədilən inzibati xəfa faktının mahiyyəti və hüquqvəzifələri izah olunmuşdur. MMC-nin səlahiyyətli nümayəndəs Gasanov Rauf tərəfindən inzibati orqana Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən 259668 nömrəli etibarnamə, həmçinin şəxsiyyətini təsdiq edən sənədlər, əlaqə nömrəsi, lazım olan digər məlumatlar təqdim olunmuş və işin icraatı zamanı prosesdə iştirak edəcəyini bildirmişdir. Qeyd etmişdir ki, Gasanov Rauf milliyətcə azərbaycanlıdır. Lakin sonradan İdarəyə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Sənədlərin Şəxs MMC-nin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. Bu səbəbdən tərəflərindən qanunvericiliyin tələblərinə müvafiq olaraq hüquqi şəxsin hüquqi ünvanına bildiriş göndərilərək, MMC-nin səlahiyyətli nümayəndəsi Əməliyyat-Təhqiqat şöbəsinə dəvət olunmuşdur. Həmçinin MMC-nin etibamamə ilə nümayəndəsi Rauf Gasanova telefon zəngi vasitəsi ilə məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs səlahiyyətli nümayəndəsinin iştirakından ötrü lazımi qaydada rəsmi xəbərdar edilməsinə baxmayaraq İdarəyə gəlməmiş, inzibati orqan inzibati xəta haqqında protokolun nümayəndənin iştirakı olmadan tərfib edilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol və digər sənədlər təcili teleqrafla hüquqi şəxsin ünvanına göndərilmiş və telefon vasitəsi ilə məlumat verilmişdir. Bundan başqa 21.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərin düzgün tərtib olunmadığı və natamam olduğu müəyyən edilmişdir. Çünki Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Eyubov inzbati araşdırma aparılarkən Magen David MMCnin ünvanına bildiriş göndərilərək məlumat verildiyini bildirsə də, məktuba əlavə edilmiş poçt xəbərnaməsinin surətindən məlum olur ki, həmin xəbərnamədə Magen David MMCnin ünvanı ünvan 1 prospekti, ev 149, mənzil 82 göstərilməmişdir. Belə olan halda isə həmin bildirişin MMC-nin ünvanına çatması mümkün deyildir. Bundan başqa Həsən Eyubov MMC-nin nümayəndəsi qismində Rauf Gasanova məlumat verildiyini, lakin sonuncunun idarəyə gəlmədiyini bildirmişdir. X2 əsas iş yeri Magen David MMC olan MMC-nin işçisi və ya vəkil olmadığından Magen David MMC-nin nümayəndəsi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İXM-in 64-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli qərardadında qeyd edildiyi və işin faktiki hallarından göründüyü kimi inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan tərtib edildiyindən, onun hüquq və vəzifələri izah edilmədiyindən, izahatı alınmadığından, inzibati araşdırma barədə MMC-yə məlumat verilmədiyindən və tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ təmin edilmədiyindən yenidən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. - 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. - 100.1, 100.1.1, 100.1.2, 100.1.3, 100.1.4, 100.1.5, 100.1.6, 100.1.7 və 100.1.8-ci maddələrinə əsasən bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. - 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. - 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. - 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Göründüyü kimi inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, yəni Magen David MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, ona tərcüməçi təyin olunmamış, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, inzibati araşdırma barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Magen David MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 21.06.2021-ci il tarixli, 14000-0196/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-979/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-979/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver