Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-100/2023 09.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonunun Ərdəşəvi kəndində qeydiyyatda olan və Goranboy rayonu, Yeni Binalar ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 fevral 2023-cü il tarixdə saat 00:40 radələrində Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığından keçdikdən sonra YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymayaraq və sərxoşluq müayinəsindən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, RPŞ-nin DYPBnin YPX inspektoru Elçin Mehrəliyev 09 fevral 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Şəxs həmin tarixdə saat 00:40 radələrində Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığından keçdikdən sonra YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymayaraq və sərxoşluq müayinəsindən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığından keçmişdir. YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, lakin o, avtomobili saxlamamışdır. Daha sonra YPX əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobil saxlanılmış və onu RMX-ya sərxoşluq müayinəsindən keçməyə dəvət etmişlər. Lakin o, sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Bu səbəbdən onun barəsində sərxoşluq müayinəsindən keçməkdən imtina etməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Goranboy rayonu ərazisində xidmətdə olarkən saat təxminən 00:48 radələrində Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığında hərəkət etdiyi üçün ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilə sayrışan işıq vasitəsi ilə saxla işarəsi vermiş, lakin həmin avtomobilin sürücüsü onun tələblərinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar həmin avtomobilin sürücüsünə dəfələrlə saxlama işarəsi versələr də, sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin sürətini artıraraq Xocalı köçkünləri üçün salınmış şəhərciyə daxil olmuşdur. Onlar avtomobili saxladıqdan sonra sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və ona törətdiyi inzibati pozuntunu izah edib idarə etdiyi ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin sənədlərini təqdim etməsini xahiş etmişlər. Daha sonra onlar həmin ünvana Goranboy RPŞ-nin NH-dən efir vasitəsi ilə kömək istəmiş və həmin yerə PPXB-nin əməkdaşları gəlmişdir. Sürücüdən kəskin spirtli içki iyi gəldiyi üçün ondan RMX-ya tibbi müayinədən keçmək üçün getməsini tələb etmişlər. Sürücü RMX-da tibbi müayinədən keçməkdən imtina etmişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Onlar həmin şəxsi Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsinə görə sürücü Şəxs barəsində tərəflərindən İXM-in 343-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru X4 şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX inspektoru Elçin Mehrəliyev tərəfindən rəhbərliyə ünvanlanmış 09 fevral 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Goranboy rayonu ərazisində xidmətdə olarkən saat təxminən 00:48 radələrində Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığında hərəkət etdiyi üçün ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilə sayrışan işıq vasitəsi ilə saxla işarəsi vermiş, lakin ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü onun tələblərinə tabe olmayaraq hərəkətini davam etdirmişdir. Onlar həmin avtomobilin sürücüsünə dəfələrlə saxlama işarəsi versələr də, sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobilin sürətini artıraraq ictimaiətə açıq-aşkar hörmətsizlik edib, insanların dincliyini pozub Xocalı köçkünləri üçün salınmış şəhərciyə daxil olmuşdur. Onlar avtomobili saxladıqdan sonra sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və ona törətiyi inzibati pozuntunu izah edib idarə etdiyi ** RR *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilin sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü onların qanuni tələblərinə heç bir məhəl qoymayaraq sənəd təqdim etməkdən səs-küy salaraq imtina etmişdir. Sürücünün yanına yaxınlaşan zaman yaşlı bir qadına avtomobilin açarlarını verib onlarla nizam-intizamsız şəkildə danışmağa başlamışdır. Onlar həmin ünvana Goranboy RPŞ-nin NH-dən efir vasitəsi ilə kömək istəmiş və həmin yerə PPXB-nin əməkdaşları gəlmişdir. Daha sonra onlar sürücünü kəskin spirtli içki iyi gəldiyi üçün RMX-na tibbi müayinədən keçmək üçün dəvət etmişlər. Sürücü RMX-da tibbi müayinədən keçməkdən imtina etmiş və içmişəm yaxşı etmişəm demişdir. Onlara sonradan məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Onlar həmin şəxsi Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Qeyd olunanları nəzərə alaraq qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; Goranboy RMX-nin xx.xx.2023-cü il tarixli, 114 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Laçın rayonu Ərdəşəvi kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:28 radələrində Goranboy RMX-da TTTY şöbəsinə sərxoşluq müayinəsindən keçmək üçün gətirilmiş, lakin vətəndaş müayinədən keçməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığından keçdikdən sonra YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymamış və sərxoşluq müayinəsindən boyun qaçırmışdır. Bu halda nəzərə alınmalıdır ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (İXM-in 3-cü maddəsi). Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə, həmçinin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina edilməsinə görə müvafiq olaraq İXM-in 327.3 və 343-cü maddələrində məsuliyyət nəzərdə tutulmuşdur. Yəni, Şəxs əməlində İXM-in 327.3 və 343-cü maddələrinin tərkib əlamətləri mövcuddur. Həmçinin, iş üzrə dindirilmiş şahidlər də Şəxs barəsində İXM-in 343-cü maddəsi ilə müvafiq protokol tərtib olunduğunu göstərmişdir. Qeyd olunan hallar isə Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. Belə ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu H.Əliyev prospektində işıqforun qırmızı işığından keçdikdən sonra YPX əməkdaşlarının saxla işarəsinə məhəl qoymaması və sərxoşluq müayinəsindən boyun qaçırması İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-100/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-100/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver