Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1001/2023 17.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə xx.xx.1967-ci ildə Ağdərə rayon, Çərəktar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayon, Çələktar kəndində qeydiyyatda olan və Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 04 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən tərtib edilmiş 04 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 oktyabr 2023-cü il tarixdə özünə məxsus ov tüfəngini qohumu X4 verərək silahın saxlanması qaydalasını pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Səmədabad kəndində X1 Faiq Qurban oğluna məxsus ATA ARMS markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı ilə 2 ədəd boz çöl dovşanı ovlaması tərəflərindən aşkar edilmişdir. Araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023-ci il tarixdə özünə məxsus ATA ARMS markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahının daşınması və saxlanması qaydalarını pozmuşdur. Şəxs hərəkətlərində İXM-in 590.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 590.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ATA ARMS markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı ona məxsusdur. X6 ona məxsus silahı istəmiş o da silahı qabı ilə birikdə ona vermişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-in 590.1-ci maddəsinin tərkibi olduğuna görə barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; AR ETSN-nin 10 Saylı ETSİ-nin rəisi Azər Quliyev tərəfindən Goranboy RPŞ-yə ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli N 3- 13-75 HK-1/2209 saylı məktubda qeyd edilən iki ədəd çöl dovşanının qanunsuz olaraq ovlanması nəticəsində təbiətə dəymiş ziyanla bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli № 176 saylı qərarına əsasən hesablama aparılaraq Azərbaycan Respublikasının “Qırmızı Kitabına və X2 İttifaqının “Qırmızı Siyahısına daxil olmayan iki ədəd boz dovşanın qanunsuz ovlanması nəticəsində təbiətə 22 (iyirmi iki) manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 193/19 nömrəli, xx.xx.2019-cu il tarixli şahadətnamənin surətindən görünür ki, ATA ARMS markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş 3-13-75/2-19943/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs adına Gəncə Şəhər BPİ-də qeydiyyatda olan “ATA ARMS” markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı Goranboy Rayon Məhkəməsinin qərarı çıxanadək halhazırda Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılır. Hüquqi əsaslandırma: “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin X hissəsinə əsasən vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir; 15-ci maddəsinə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 21-ci maddəsinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifəsidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın: 3.2-ci bəndinə əsasən vətəndaşlar silahları və onların döyüş sursatlarını onların mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçirilməsini istisna edən şəraitdə saxlamalıdır. Odlu silahın və onun döyüş sursatının DİN-in xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır; 3.3-cü bəndinə əsasən saxlanılan silahların və ya onun döyüş sursatlarının itirildiyi, oğurlandığı və ya başqa səbəblərdən qanuni istifadədən və ya mülkiyyətdən çıxdığı hallarda həmin silah və onun döyüş sursatlarının sahibləri bu barədə dərhal daxili işlər orqanlarına məlumat verməlidirlər; 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar; 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. İXM-in 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs sahibliyinə və istifadəsinə verilmiş silahın saxlanılması qaydasını pozmuşdur. Belə ki, Şəxs odlu silahı və onun döyüş sursatını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi icazəsi olmadan başqa şəxsə verməklə mülki silahın saxlanılması qaydalasını pozmuşdur. Nəzərə alınmalıdır ki, İXM-in 590.1-ci maddəsinin sanksiyasında həmçinin, silah və döyüş sursatının müsadirə edilməsi və ya edilməməsi nəzərdə tutulmuşdur. Şəxs məxsus silahın müsadirə edilib-edilməməsi məsələsinə məhkəmə münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, onun tərəfindən törədilmiş inzibati xəta öz ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Yəni, Şəxs tərəfindən ona məxsus silahın saxlanılma qaydalarının pozulması daha ağır nəticələrə səbəb ola bilərdi. Ona tətbiq ediləcək tənbeh tədbiri həm də inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır (İXM-in 21-ci maddəsi). Bundan başqa məhkəmə, inzibati xəta törədən şəxs Şəxs şəxsiyyətini də nəzərə alır. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilik də odlu silahın və ya döyüş sursatının saxlanılması qaydalarının pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilmiş vətəndaş tərəfindən silahın əldə edilməsini qadağan etmişdir (“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İV hissəsinin 4-cü bəndi). Bütün göstərilən xüsusatları nəzərə alaraq məhkəmə qeyd edir ki, Şəxs məxsus silah müsadirə edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin Şəxs məxsus olan, Goranboy Rayon Polis Şöbəsinin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan "ATA ARMS" markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı müsadirə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus olan, Goranboy Rayon Polis Şöbəsinin maddi sübutlar otağında dəmir seyfdə saxlanılan “ATA ARMS” markalı, 12 çaplı, 15/D14866 nömrəli ov silahı müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1001/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1001/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver