Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1013/2024 15.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonunun Qılışlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Kəlbəcər rayonunun Qılışlı kəndində qeydiyyatda olan və Bərdə şəhəri, Qasım bəy Zakir küçəsində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 06:35 radələrində X12 və X5 ilə birlikdə Goranboy rayon Tapqaraqoyunlu kəndində yerləşən stasionar posta Ağdərə-Suqovuşan istiqamətindən Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaxınlaşmışlar. Polis əməkdaşları onların mobil portal vasitəsilə icazələrinin olub-olmamasını yoxlayan zaman icazələrinin olmadığı məlum olmuşdur. Daha sonra onlar stasionar postdan qanunsuz şəkildə keçməyə cəhd göstərsələr də polis əməkdaşları onların bu hərəkətlərinə mane olduqda uca səslə səs-küy salaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişlər. Polis əməkdaşları onları nizamintizama dəvət etsələr də, yenə də öz hərəkətlərinə davam etmişlər. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 bildirmişdir ki, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X2 RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 06:35 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nün polis nəfəri, polis serjantı Malik Rəhimov ilə stasionar postda xidmətdə olan zaman Ağdərə-Suqovuşan istiqamətindən Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Onlar adları sonradan məlum olan sürücü Şəxs və yanındakı vətəndaşlar X6 və X4 mobil portal vasitəsi ilə icazələrinin olub-olmamasını yoxlayan zaman onların icazəsinin olmadığı məlum olmuşdur. Daha sonra həmin şəxslər stasionar postdan qanunsuz şəkildə keçməyə cəhd göstərdikdə, onların bu hərəkətlərinə mane olmuşlar və nəticədə adı keçən şəxslər uca səslə səs-küy salaraq ünvanlı ünvansız nalayiq ifadələr işlətmişlər. Onlar həmin vətəndaşlara hərəkətlərinin qanunazidd olmasını bildirmişlər. Sözügedən şəxslər isə öz qərəzli hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışıar. Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 06:35 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nün polis nəfəri, polis baş serjantı Süleyman Həsənov ilə stasionar postda xidmətdə olan zaman Ağdərə- Suqovuşan istiqamətindən Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Onlar adları sonradan məlum olan sürücü Şəxs və yanındakı vətəndaşlar X6 və X4 mobil portal vasitəsi ilə icazələrinin olub-olmamasını yoxlayan zaman onların icazəsinin olmadığı məlum olmuşdur. Daha sonra həmin şəxslər stasionar postdan qanunsuz şəkildə keçməyə cəhd göstərdikdə, onların bu hərəkətlərinə mane olmuşlar və nəticədə adı keçən şəxslər uca səslə səs-küy salaraq ünvanlı ünvansız nalayiq ifadələr işlətmişlər. Onlar həmin vətəndaşlara hərəkətlərinin qanunazidd olmasını bildirmişlər. Sözügedən şəxslər isə öz qərəzli hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışıar. Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Süleyman Rəhimov tərəfindən rəhbərliyə ünvanlanmış 15 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 06:35 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində PPXB-nün polis nəfəri, polis serjantı Malik Rəhimov ilə stasionar postda xidmətdə olan zaman Ağdərə-Suqovuşan istiqamətindən Kamaz markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Onlar adları sonradan məlum olan sürücü Şəxs və yanındakı vətəndaşlar X6 və X4 mobil portal vasitəsi ilə icazələrinin olub-olmamasını yoxlayan zaman onların icazəsinin olmadığı məlum olmuşdur. Daha sonra həmin şəxslər stasionar postdan qanunsuz şəkildə keçməyə cəhd göstərdikdə, onların bu hərəkətlərinə mane olmuşlar və nəticədə adı keçən şəxslər uca səslə səs-küy salaraq ünvanlı ünvansız nalayiq ifadələr işlətmişlər. Onlar həmin vətəndaşlara hərəkətlərinin qanunazidd olmasını bildirmişlər. Sözügedən şəxslər isə öz qərəzli hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışıar. Daha sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 06:35 radələrində Şəxs Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uca səslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixdə, saat 07:18-də inzibati qaydada tutulmuşdur; Məhkəmə MN seriyalı, ******* №-li, 15 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs etdiyi əməli etiraf edib peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 oktyabr 2024-cü il tarixdən saat 07:18-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-1013/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1013/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver