Məhkəmə qərarları › İş №3(045)-1014/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1014/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1014/2024 29.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 oktyabr 2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 07 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılarkən müəyyən olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində rütbəsi gizir olmaqla hərbi xidmət keçir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Şəxs izahatında bildirdi ki, işin baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməsinə dair etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə adı çəkilən qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 07 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 07 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar