Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-102/2024 23.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində qeydiyyatda olan və həmin ünavnda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Notariat Ofisinin 8İ-1168 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə, Goranboy Rayon Notariat ofisinin 8İ- 5630 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə, Goranboy Rayon Məhkəməsinin 2(045)- 2171/2023 saylı, xx.xx.2023-cü il tarixli və Goranboy Rayon Məhkəməsinin 2(045)- 1167/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs məhkəmə qətnamələri və notariat ofisinin icra qeydləri üzrə yaranmış borcları ödəmir, icra məmurunun tələbini yerinə yetirmir və icra sənədlərini icra etmir. Nəticədə Şəxs xx.xx.2023-cü il tarixdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Notariat ofisinin 8İ-1168 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 10000 manat pul və 25 manat dövlət rüsumu alınaraq X6 ödənilməlidir. Goranboy Rayon Notariat ofisinin 8İ- 5630 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 493.25 manat pul və 25 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin 2(045)-2171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 125.5 manat pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin 2(045)-1167/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1061.11 manat pul və 30.61 manat dövlət rüsumu alınaraq "xxxx"ASC-yə ödənilməlidir. Borclunun hal-hazırda Həsən Həsənova 9968 manat, 482 manat "xxxx" ASC-yə, 405 manat "xxxx" ASC-yə və 155.50 manat isə “İrşad Elektroniks” MM-yə borcu vardır. Borclu şəxs çağrışlara gəlməmiş və yeri məlum olmadığı üçün barəsində axtarış verilmiş və polis əməkdaşları vasitəsi ilə gətirilmişdir. Qeyd olunan borclardan heç bir ödəniş olmamışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, protokolda qeyd edilən məhkəmə qətnamələrindən və Notariat ofisinin icra qeydlərindən xəbərdardır. İcra məmuru tərəfindən tələbin könüllü icrası haqqında göndərilmiş bildirişi onun qeydiyyatda olduğu ünvana poçt vasitəsi ilə gəlmiş, lakin o, hazırda Bakı şəhərində olduğu üçün həmin bildirişi almamışdır. Yaranmış borcları üzrə onu qeyd edir ki, "xxxx" ASC-yə 36 manat və "xxxx" ASC-yə isə zamini olduğu şəxsdən 500 manat məbləğində pul ödənilib. Bundan başqa o, heç bir ödəniş etməmişdir. Hazırda icra sənədlərində göstərilən məbləğdən heç bir ödəniş edə bilmir. Çünki maddi imkanı çatmır, möhlət verildiyi təqdirdə xırda borclarını bağlaya bilər. Qeyd edilənləri nəzərə alaraq əməlindən peşman olduğunu və borclarını ödəməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, vaxtı olmadığı üçün icra məmurunun çağırışlarına gəlməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Notariat ofisinin 8İ-1168 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 10000 manat pul və 25 manat dövlət rüsumu alınaraq X6 ödənilməlidir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında 165767/2021 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs Goranboy Rayon Notariat ofisinin 8İ-1168 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-1167/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1061.11 manat pul və 30.61 manat dövlət rüsumu alınaraq "xxxx"ASC-yə ödənilməsi qət edilmişdir. Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 219586/2023 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-1167/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Notariat ofisinin 8İ-5630 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 493.25 manat pul və 25 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməlidir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında 257276/2023 nömrəli bildirişinin surətindən görünür ki, borclu Şəxs Goranboy Rayon Notariat ofisinin 8İ-5630 saylı, xx.xx.2023-cü icra qeydini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-2171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 125.5 manat pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMCyə ödənilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 09 fevral 2024-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında 42804/2024 nömrəli bildirişinin surətindən görünür ki, borclu Şəxs Goranboy Rayon Məhkəməsinin 2(045)-2171/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(045)-141/2023 nömrəli qərardadından görünür ki, Goranboy Rayon Notariat ofisinin 8İ-1168 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin icrası məqsədilə Şəxs Goranboy rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı məhkəmə iclasında araşdırılan digər sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-102/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-102/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver