Məhkəmə qərarları › İş №3(045)-103/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-103/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-103/2023 10.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağım yol patrul xidməti inspektoru polis baş serjantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X3 18 yanvar 2023-cü il tarixli qərarından və 10 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən 323-cü kilometrliyində sürücü Şəxs idarə etdiyi “Vaz 2107” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Landini” markalı 22-T-946 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunun arxası ilə toqquşmuş, nəticədə “Vaz 2107” minik markalı avtomobilin sürücüsü Şəxs və onun avtomobilində olmuş sərnişin X7 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Baş X16 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci tağım yol patrul xidməti inspektoru polis baş serjantı X10 izahatında göstərdi ki, “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X3 18 yanvar 2023-cü il tarixli qərarı əsasında onun tərəfindən Şəxs barəsində 10 fevral 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, BC kateqoriyalı sürücülük hüququ vardır. İdarə etdiyi “Vaz 2107” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil anası X2 məxsusdur. Sözügedən avtomobili idarə etməsi üçün etibarnaməsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi avtomobillə Gəncə şəhərindən Tərtər rayonu istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt oğlu Həmid də avtomobilin arxa oturacağında oturmuşdur. Goranboy rayonunun ərazisində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə olan traktoru görməmiş və ani vaxtda idarəetməni itirmiş, qarşıda gedən traktorun qoşqusuna dəyərək toqquşmuşdur. Nəticədə oğlu Həmid Əliyevə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi X3 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri mövcud olduğuna görə barəsində həmin maddə ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti BDYP-nin YPX Alayına göndərilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Gəncə RQİTBŞ-nin 3-13-16-3/2-254/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs oğluna AE 123387 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 27 dekabr 2022-ci il tarixli, 915 nömrəli rəyindən görünür ki, vətəndaş X4 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət – alın nahiyəsinin yarası bərk KÜT əşyanın ( ların) , o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, eyni zamanda zərərçəkmiş şəxsin onun ailə üzvü olmasını nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar