Məhkəmə qərarları › İş №3(045)-107/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-107/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-107/2024 28.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18778373 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18656990 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18540987 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18683736 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasına dair X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, X2 barəsində ayrı-ayrı vaxtlarında müxtəlif xətalar törətməsinə dair xx.xx.2024-cü il tarixli, EQ 18778373 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18656990 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18540987 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18683736 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarlardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 18778373 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18656990 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18540987 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18683736 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta materialını araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18778373 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18656990 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18540987 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18683736 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18778373 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18656990 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18540987 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 18683736 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv olunması barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar