Məhkəmə qərarları › İş №3(045)-1083/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1083/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1083/2024 16.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola görə Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, iş materiallarına yalnız inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və poçt qəbzi əlavə edilsə də, həmin poçt qəbzindən sözügedən inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə çatdırılması müəyyən edilir. O zaman belə nəticəyə gəlmək olar ki, həmin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almalı və həmin gündən 3 ay müddətində qərar qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi halda inzibati xəta törətmiş şəxs barəsində İXM-in 529.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Lakin şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-in 529.3-cü maddəsinə əsasən tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünən odur ki, Şəxs inzibati tənbeh vermə haqqında EQ 20300839 nömrəli qərar poçt qəbzində qeyd edilən xx.xx.2024-cü il tarixdən əvvəl təqdim olunub ki, həmin qərar qanunla müəyyən edilmiş 3 ay ərzində icra edilmədiyinə görə sonuncu barəsində sözügedən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Odur ki, qeyd edilən ziddiyyətlər xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20300839 nömrəli inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dəqiq olaraq nə vaxt təqdim olunmasını və qanuni qüvvəsini almasını müəyyən etməyə imkan vermir. İXM-in: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, İnzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar