Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-109/2024 29.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy rayon prokurorluğunun nümayəndəsi X3, barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs, onun vəkili Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş Goranboy rayon prokuroru baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o Zərərçəkmiş şəxs heç nə etməmişdir. O epilepsiya xəstəsidir. Onun barəsində qərəzli olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. O heç kimi vurmamış, heç kimə hücum etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə o, xidməti otağında olan zaman yanına Şəxs və Məhərrəm Xamoyev gəlmişdir. Müseyib ambulator kitabçasını onun qabağına qoyaraq dispanser qeydiyyatda dayanmağı barədə arayış lazım olduğunu və arvadı Ceyranın arayış vermədiyini demişdir. Arvadı Ceyranın arayış vermədiyi təqdirdə şikayət edəcəyini və bu barədə ondan inciməməyini demişdir. Şəxs iki il bundan öncə xəstəxanada işləyən həkim-nervopatoloq Azər İbrahimovun qəbulunda olmuş, Azər həkim tərəfindən ilkin olaraq ensefalopatiya cəng olma tutmaları ilə diaqnozu qoyulmuşdur. Həmin diaqnozu əsasında Şəxs instrumental müayinələrdən özü keçmiş və nəticə olaraq müayinələrin cavabı normal çıxmışdır. O da, Müseyibin sənədlərinə baxan zaman xeyli sayda psixi-nevroloji reseptlər və bir neçə müayinə vərəqləri olduğunu görmüşdür. Həmin sənədlərə baxan zaman təqdim edilmiş sənədlərin birində psixatriya konsultasiyası tövsiyyə olunur diaqnozu yazıldığını görmüş və Müseyibə “burada heç kəs kimləsə qərəzli mövqe daşımır, mənim yoldaşım qanunsuz olaraq sənə arayış verə bilməz. Ona görə də, qanuni şəkildə müraciət et müayinədən keç” demişdir. Daha sonra Şəxs ona pulla yazıdırmağı təklif etmiş, o da, işlədiyi xəstəxanada belə şeylərin olmadığını deyərək, problemli adam olduğunu görüb sağollaşmışdır. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin yay aylarında Şəxs arvadı Ceyran Mirzəyevanın otağına gəlmiş, qanunsuz olaraq nəsə istəmiş, Ceyranda Şəxs rədd cavabı verdiyindən arvadı Ceyranı nalayiq ifadələrlə təhqir edərək hücum etmiş, daha sonra, xəstəxananın əməkdaşları tərəfindən otaqdan çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Müseyiblə sağollaşdıqdan təxminən 20 dəqiqə sonra xəstəxananın tibbi qeydiyyat sənədərinin sifarişi ilə bağlı xəstəxananın baş həkimi Arzu Teymurovun otağına qalxmış və otağa daxil olan zaman Şəxs və dostu Məhərrəm Xamoyevi otaqda görmüşdür. Növbə olduğundan otaqda olan divanda əyləşərək öz növbəsini gözləmişdir. Onlardan başqa otaqda Arzu Teymurovun katibəsi Xəyalə xanım, xəstəxananın terapiya şöbəsinin müdürü Vidadi Əliyev olmuşdur. Daha sonra Şəxs Arzu həkimə ona təqdim etdiyi sənədləri təqdim edərək arayış yazılması barədə xahiş etmiş, Arzu həkim də, təqdim edilən sənədləri nəzərdən keçirib arayışın verilməsinə dair katibəsi Xəyaləyə göstəriş vermişdir. Bu zaman o, Arzu Teymurova baxdığı sənədləri diqqətlə nəzərdən keçirməsini demişdir. Elə deməsinə səbəb Müseyib həmin sənədləri ona təqdim edən zaman sənəddə psixiatriya konsultasiyası tövsiyyə olunur diaqnozu yazılması olmuşdur. Bu sözü deyən zaman Müseyib gödəkçəsini çıxarmış və təhqir edərək onun üstünə gəlmişdir. Həmin zaman topuğunda ağrılar olduğundan ayağa qalxa bilməmişdir. Daha sonra Müseyib yaxasından tutaraq, sol dizinə təpik atmış və boğazını cırmışdır. Bir neçə saniyə ərzində Müseyibi özündən kənarlaşdırmaq və özünü müdafiə etmək üçün Müseyibi bir əli ilə itələyərək özündən aralamağa çalışmış, bu zaman Müseyibin dostu Məhərrəm Xamoyev onlarına aralarına girərək, Müseyibi qucaqlamış və geri çəkməyə başlamışdır. Daha sonra Müseyib dostu Məhərrəmin başına vurmağa başlayaraq təhqir etmiş və Məhərrəmin əlindən çıxmaq istəyib, yenidən onun üstünə hücum çəkmək istəyən zaman otaqdakı şkafa çırpılaraq yerə yıxılmışdır. Daha sonra Müseyib ayağa qalxmış və yenidən onun üstünə gələrək hücum etmişdir. Otaqda olanlar Müseyibi ondan kənarlaşdırmış və daha sonra o otağı tərk etmişdir. Baş vermiş hadisədən sonra Şəxs onun tərəfindən döyülməyi barədə polisə və rayon prokurorluğuna müraciət etmişdir. Müseyib ona hücum edən zaman onu və ailəsini öldürməklə hədələmişdir. Müseyibin həmin hədəsindən qorxduğunu, o və ailəsi hər hansı bir problemlə qarşılaşarsa cavabdehi Şəxs olduğunu demişdir. Bildirmişdir ki, Şəxs şikayəti şər-böhtan xarakteri daşıyır. Onun tərəfindən Müseyibə hər hansı bir fiziki təzyiq və ya təhqir edilməmişdir. Əksinə Müseyib qeyd etdiyi kimi xx.xx.2024-cü il tarixdə onun üstünə hücum çəkərək təhqir etmişdir. Müseyib ona hücum edən zaman boğazına da cırmaq atmış və bundan başqa sol dizinə təpiklə vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şəxs onun yanına Məhərrəm Xamoyevlə birlikdə gəlmişdir. Ondan qanunsuz olaraq arayış verilməsi üçün yoldaşı Ceyran Mirzəyevaya deməsini istəmiş, hətta ona pul təklif etmişdir ki, həmin arayış Müseyibə qanunsuz olaraq yazılsın. Şəxs xəstəxananın baş həkimi Arzu Teymurovdan arayış verilməsi barədə xahiş etmiş, baş həkim də, öz katibəsi Xəyalə xanıma göstəriş vermişdir ki, həmin arayış verilsin. Elə deməsinə səbəb isə Müseyib həmin sənədləri ilk öncə ona təqdim etmiş və həmin sənədlərə baxan zaman sənəddə psixiatriya konsultasiyası tövsiyyə olunur diaqnozu yazılmasını görməsi olmuşdur. Bu sözü deyən zaman Müseyib gödəkçəsini çıxarmış və təhqir edərək üstünə gəlmiş və hücum edərək boğazıma cırmaq atmışdır. Bildirmişdir ki, uşaq vaxtlarından sol qolu üç dəfə qırılmış və buna görə də, sol əli inkişafdan qalmışdır. Müseyibin anası əvvəl onunla işləmişdir. Uşağın xəstə olmasını nəzərə alaraq ona acımış, anasına 100 manat pul vermişdir. Müseyibdən şikayətçidir, onunla barışmır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında bildirdi ki, o Goranboy rayon mərkəzi xəstəxanasının baş həkimidir. xx.xx.2024-cü il tarixdə vətəndaşların müraciətləri ilə bağlı otağına qalxmış, otağa qalxanda Şəxs və Məhərrəm Xamoyevində nəyəsə görə yanına gəldiklərini görmüşdür. Müseyibgildən bir qədər sonra xəstəxananın ASM bölməsinin rəisi Zərərçəkmiş şəxs da, işlə əlaqədar yanına gəlmiş, növbənin olduğunu görmüş və növbəsini gözləmək üçün otaqda olan divanda əyləşmişdir. Daha sonra Müseyib öz növbəsinə çatdıqda əlindəki tibbi sənədləri ona təqdim edərək, xəstəliyi ilə əlaqədar ona arayış lazım olduğunu demişdir. O, həmin sənədləri nəzərdən keçirib katibəsi Xəyaləyə müvafiq arayışın verilməsinə dair göstəriş vermişdir. Həmin zaman Zərərçəkmiş şəxs ona Müseyib tərəfindən təqdim edilən sənədləri diqqətlə bir daha nəzərdən keçirməsini bildirmişdir. Bu zaman Müseyib gödəkçəsini çıxararaq Xətai həkimin üstünə hücum çəkmiş, Şəxs dostu Məhərrəm dərhal Müseyibi qucaqlayaraq, kənarlaşdırmağa çalışmışdır. Bu zaman Müseyib dostu Məhərrəmi də, nalayiq ifadələrlə təhqir edərək başına dəfələrlə zərbə endirmişdir. O, dərhal otaqdan çıxaraq mühafizəçiləri çağırmış və otağa qayıtdıqda iş masasının sağ tərəfində yerləşən şkafın şüşə qapılarının sındığını, Şəxs yerdə yarımoturaq vəziyyətdə oturduğunu görmüşdür. Daha sonra xəstəxananın mühafizəçiləri xəstəxanada mühafizə xidmətini həyata keçirən polis əməkdaşları gəlmişdir. Müseyib ayağa qalxaraq divanda əyləşmiş və Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə polisə məlumat vermişdir. Daha sonra Şəxs həmin xüsusatla bağlı Goranboy rayon prokurorluğuna da, ərizə ilə müraciət etdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən Şəxs təhqir və fiziki təzyiq göstərilməmişdir. Şəxs xəstəliyi ilə əlaqədar arayış verilməsi barədə ona müraciət etmişdir. O da, Müseyibin təqdim etdiyi sənədləri nəzərdən keçirib katibəsi Xəyaləyə müvafiq arayışın verilməsinə dair göstəriş vermişdir. Həmin zaman Zərərçəkmiş şəxs ona bildirdi ki, Müseyib tərəfindən təqdim edilən sənədləri diqqətlə bir daha nəzərdən keçirməsini demişdir. Bu zaman Müseyib gödəkçəsini çıxararaq Xətai həkim hücum etmişdir. Məhərrəm dərhal Müseyibi qucaqlayaraq, kənarlaşdırmağa çalışmışdır. Bu zaman Müseyib dostu Məhərrəmi də, nalayiq ifadələrlə təhqir edərək başına dəfələrlə zərbə endirmişdir. O, mühafizəçiləri çağırmaq üçün otaqdan çıxmış və otağa geri qayıdan zaman qeyd edilən şkafın şüşə qapılarının sındığını, Müseyibin yarımoturaq vəziyyətdə yerdə oturduğunu görmüşdür. Daha sonra Şəxs bir neçə saat ərzində onun xidməti otağında oturmuş, nalayiq ifadələrlə xəstəxananın həkimlərinin ünvanına təhqirlər etmiş və xəstəxananın iş rejiminə mane olmuşdur. Məhkəmə iclasında şahid qimində izahat vermiş X11 və X7, X4 izahatında X1 göstərdiklərini təsdiq edərək sonuncu ilə eyni məzmunlu izahatlar vermişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Goranboy rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-39/2-164/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Goranboy rayon sakini Şəxs xx.xx.2022-ci il tarixdən “Ensefalopatiya mülayim kəllə daxili hipertenziya və cəng olma tutmaları ilə. Astenik hal. Davranış pozulması. Revmatik poliartrit” diaqnozu ilə Goranboy RMX-nın poliklinikasının Nevroloji kabinetində qeydiyyatdan keçmişdir. Vətəndaş xx.xx.2024-cü il tarixdə saat 14:05-də “ Kəskin psixotik hal, şəxsiyyətin ikiləşməsi, qıcolma” diaqnozu ilə, xx.xx.2024-cü il tarixdə saat 20:27-də və xx.xx.2024-cü il tarixdə saat 13:20də Təcili Yardım bölməsinə “ Sol diz oynağının artrozu” diaqnozu ilə müraciət etmiş və müvafiq yardım edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ‘Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Goranboy rayon mərkəzi xəstəxanası ’’X10 xx.xx.2024-cü il tarixli 18-1-39/2- 181/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Goranboy rayon sakini Məmmədov X5 RMX-nın poliknikasının ruhi-əsəb kabinetində qeydiyyatda dayanmır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 112 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - boyunun aşağı 1\3 nin və sol bazunun qançırları KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən əllə yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 111 saylı ekspert rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi və tibbi sənədinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Sol bud nahiyəsinin şişkin olmasının obyektiv əlamətləri olmadığından nəzərə alınmır. İş materiallarına əlavə olunmuş Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinmiş və 50 manat cərimə edilmişdir. Elektron məhkəmə informasiya sistemində Şəxs barəsə məlumnatlardan görünür ki, o 1 qrup əlilliyi olan şəxslərə görə 100 manat pensiya alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 06 fevral 2024-cü il tarixdə müvafiq arayışa imza etdirmək üçün Goranboy rayonu mərkəzi xəstəxanasının baş həkimi Arzu Teymurovun xidməti otağında olan zaman, xəstəxanadakı iş rejimini kobud formada pozaraq həmin vaxt orada olan xəstəxananın Ailə Sağlamlıq Mərkəzi bölməsinin rəisi Zərərçəkmiş şəxsla mübahisə etmiş və bu mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Məmmədov X5 rayon mərkəzi xəstəxanasına gələrək, xəstəxananın iş rejimini və ictimai qaydanı pozmuş, bu zaman xəstəxananın ASM bölməsinin rəisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə nəzərdə tutulmuş döymə və 510-cu maddəsi ilə nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə təqdim və tədqiq olunmuş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir və məsuliyyətdən yaxa qurtarmağa yönəlik hərəkət kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin, şahidin izahatı, bunu tamamlayan ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o, həmin maddələrin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdılran hal qismində nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Goranboy Rayon icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-109/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-109/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver