Məhkəmə qərarları › İş №3(045)-1092/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1092/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1092/2023 14.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X13 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Xanlar rayonunun Quşqara kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Göygöl rayonunun, Quşqara kəndində, qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 11 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində, Goranboy rayonunun Dəliməmmədli şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin o, məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən onun tərəfindən Şəxs barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X14 bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Şadılı kənd sakini X1 RPŞ-ya müraciət edərək, Göygöl rayon sakini X4 təxminən üç il əvvəl ondan ümumi dəyəri 978 manat olan 820 bağlama qamışı (qarğı) alaraq indiyə kimi pulunu verməmiş və hal-hazırda özünə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ 5310 markalı avtomaşınla Goranboy rayonu ərazisində meşə fonduna məxsus ağacları və qamışları (qarğıları) məhv edərək Göygöl rayonuna aparmışdır. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində, xidməti ərazisinə gedən zaman həmin avtomaşının yük yerində yaş halda olan qarğı (qamış) bitkisi yığılmış halda Goranboy rayon Dəliməmmədli şəhərində yolun kənarında dayandığını görmüş və ona yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, avtomaşını idarə edən şəxs X2r. O, X3 barəsində şikayət olduğunu bildirib Goranboy rayon RPŞ-ya dəvət etsə də X8 “Kim məndən şikayət edib onu bura gətir” deyərək gəlməktən imtina etmiş və mobil telefonla zəng edib idarə etdiyi avtomaşının sahibinin ora yaxınlaşmasını demişdir. Adı ona sonradan məlum olan Şəxs həmin yerə yaxınlaşıb uca səslə nalayiq ifadələr işlədərək özünə məxsus mobil telefonu yerə çırpmış **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ 5310 markalı avtomaşını sürərək yolun kənarında dayanmış **-MN-*** dövlət qeydiyyat nişanlı Mersedes-Benz markalı avtomobilə vuraraq yenidən nalayiq ifadələr işlətməyə davam etmişdir. O və orada xidmətdə olan RPŞ-nin PPXB-nün əməkdaşları ona nizamlı-intizamlı olmağı tələb edib, Goranboy RPŞ-ya dəvət etsələrdə Şəxs onların qanuni tələblərinə tabe olmayaraq **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ 5310 markalı avtomaşına minərək yüksək sürətlə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün, polis serjantı X11, Goranboy RPŞ-nin PPXB-nün polis serjantı X12, X6 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nahib Məsimovun şöbənin rəhbərliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Şadılı kənd sakini X1 RPŞ-ya müraciət edərək, Göygöl rayon sakini X4 təxminən üç il əvvəl ondan ümumi dəyəri 978 manat olan 820 bağlama qamışı (qarğı) alaraq indiyə kimi pulunu verməmiş və hal-hazırda özünə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ 53 10 markalı avtomaşınla Goranboy rayonu ərazisində meşə fonduna məxsus ağaçları və qamışlarl (qarğıları) məhv edərək Göygöl rayonuna apardığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində, xidməti ərazisinə gedən zaman həmin avtomaşının yük yerində yaş halda olan qarğı (qamış) bitkisi yığılmış halda Goranboy rayon Dəliməmmədli şəhərində yolun kənarında dayandığını görmüş və ona yaxınlaşmışdır. Ona məlum olub ki, avtomaşını idarə edən şəxs X2r. O, X3 barəsində şikayət olduğunu bildirib Goranboy rayon RPŞ-ya dəvət etsə də X8 “Kim məndən şikayət edib onu bura gətir” deyərək gəlməktən imtina etmiş və mobil telefonla zəng edib idarə etdiyi avtomaşının sahibinin ora yaxınlaşmasını demişdir. Adı ona sonradan məlum olan Şəxs həmin yerə yaxınlaşıb uca səslə nalayiq ifadələr işlədərək özünə məxsus mobil telefonu yerə çırpmış **-BA-*** dövlət qeydiyyat nişanlı QAZ 5310 markalı avtomaşını sürərək yolun kənarında dayanmış **-MN-*** dövlət qeydiyyat nişanlı Mersedes-Benz markalı avtomobilə vuraraq yenidən nalayiq ifadələr işlətməyə davam etmişdir. O və orada xidmətdə olan RPŞ-nin PPXB-nün əməkdaşları ona nizamlı-intizamlı olmağı tələb edib, Goranboy RPŞ-ya dəvət etsələrdə Şəxs onların qanuni tələblərinə tabe olmayaraq **-BA- *** dövlət qeydiyyat nişanlı QAZ 5310 markalı avtomaşına minərək yüksək sürətlə oradan uzaqlaşmışdır. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir; İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhərində ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin o, məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:31-də tutulmuşdur; Məhkəmə MN seriyalı, ******* №-li, 13 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə onun etdiyi əməli etiraf edib peşman olmasını inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən, saat 11:31-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar