Məhkəmə qərarları › İş №3(045)-1098/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1098/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1098/2024 31.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon prokurorunun nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X5 İdarəsinin yeni inzibati binasında təmir-tikinti işləri aparılan zamanı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə ehtiyatsızlıqdan X1 az ağır zərər vurulmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Goranboy rayon prokurorunun nümayəndəsi X13 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilənləri müdafiə edərək Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o, X5 İdarəsində təmir-tikinti işləri üzrə mühəndis işləmişdir. O, işçilər tərəfindən işlərin yerinə yetirilməsinə nəzarət etmişdir. O, xx.xx.2024-cü il tarixdə yeni tikilən binaya daxil olan zaman orada fəhlə işləyən X4 binanın 1-ci mərtəbəsinin pilləkənində yıxılmış vəziyyətdə görmüşdür. O, Rövşən Bayramovun yıxılmasında məsuliyyəti daşımır. Belə ki, işçiləri təhlükəsizliyi ilə bağlı Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndisi tərəfindən təlimatlandırılmalıdır. O, məsuliyyət daşımaması ilə bağlı, yəni Əməyin Mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis olmamasını təsdiq edəcək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi şəxsi X10 Sistemləri İstismarı idarəsinin 29 oktyabr 2024-cü il tarixli arayışını təqdim edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirmişdir ki, Rövşən Bayramova və digər işçilərə təhlükəsizlik qaydaları ilə tanış edilmə ilə bağlı təlimatlandırma jurnalına onun tərəfindən imza etdirilmiş, imza etdirilən zaman isə təhlükəsizliklə bağlı hər hansı məlumatlandırılma olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer X5 İdarəsinin yeni tikilin inzibati binasıdır. Bina təməli betondan ibarət olmaqla şüşə materialı ilə inşa edilmişdir. Bina 2 mərtəbədən ibarətdir. Binaya ön tərəfdən baxdıqda 2 girş qapısının olduğu müşahidə edilir. Hər iki giriş qapısının önündə mişar daşlarla hörülmüş pilləkən vardır. Binaya sağ giriş qapısından daxil olan zaman koridorun olduğu müşahidə olunur. Döşəmələr metlaklardan düzəldilmişdir. Binanın hər iki mərtəbəsində sürahiləri olmayan pilləkənlər vardır. İkinci mərtəbəyə çıxdıqda döşəmənin metlakdan ibarət olduğu müşahidə edilir. Döşəmə örütüyü ilə dam örtüyü arasında sütunlar vardır. İkinci mərtəbədə yerləşən pilləkənin sonu Rövşən Bayramovun iş görərkən yıxılıb birinci mərtəbədə yerləşən pilləkənin üzərinə düşdüyü yerdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X6” X11 xx.xx.2024-cü il tarixli, 558 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər ənsə nahiyəsinin yarası, döş qəfəsinin ön səthinin hematoması, sağ lll-İV-V qabırğanın, kürək sümüyünün sınığı bərk küt əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-ccü il tarixdə hündür məsafədən yıxılma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, 10/6611 nömrəli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, X5 İdarəsinin yeni tikilən inzibati binasında işlərin təhlükəsiz şəraitdə aparılması üçün zəruri olan tədbirlər görülmədiyinə (pilləkən marşının kənarları qoruyucu mühafizə çəpəri ilə bağlanmadığına) görə baş vermiş hadisə ilə əlaqədar İİİ-4-80* "Tikintidə təhlükəsizlik texnikası" Tikinti Norma və Qaydalarının 2.1, 2.2, 2.5, 2.22 bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ tələblərin pozulması hadisələrin baş verməsinin texniki səbəbi olmuşdur. Tikinti sahəsində işlərin təhlükəsiz şəraitdə aparılması üçün zəruri olan tədbirlərin görülməsini (pilləkən marşının kənarları qoruyucu mühafizi çəpəri ilə bağlanmasını) təmin etmədiyinə görə İİİ-4-80* "Tikintidə təhlükəsizlik texnikası" Tikinti Norma və Qaydalarının 2.1, 2.2, 2.5, 2.22 bəndlərinin tələbləri Suvarma Sistemləri İdarəsində tikinti işlərinə bilavasitə rəhbərlik etmiş və vəzifə funksiyalarına əsasən təhlükəsizlik tələblərinə cavabdeh olan sahə rəisi (mühəndis) Şəxs tərəfindən pozulmuşdur. Tikinti sahəsində X3 yıxılaraq xəsarət aldığı pilləkən marşının kənarlarının qoruyucu mühafizə çəpəri ilə bağlı olmadığını nəzərə aldıqda, zərərçəkmişin özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması halı müəyyən edilmir. (Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir) İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi əlamətlərinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə iş üzrə araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi şəxsi X10 Sistemləri İstismarı idarəsində texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş sahə rəisi (mühəndis) Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində X2 uzun müdətə pozulmasına səbəb olan sağlamlığın "az ağır” zərər vurmaya aid xəsarət almışdır. Bununla bağlı Goranboy rayon prokurorluğu tərəfindən isə Şəxs əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və ekspertiza tədqiqatının dəyəri Şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar