Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-11/2025 24.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 324.8-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin inziati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsi tərəfindən Hüquqi şəxs Şəxs barəsində İXM-in 324.8-ci maddəsi ilə inzibati xəta haqqında 20 dekabr 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsi tərəfindən Hüquqi şəxs Şəxs barəsində İXM-in 324.8-ci maddəsi üzrə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “HOWO” markalı **-AG-***, **-AG-*** və **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin sürücüləri idarə etdiyi nəqliyyat vasitələri ilə saat 09:02, 09:38 və 09:53-də Goranboy rayonu, Ağcakənd qəsəbəsi ərazisində aparılan yoxlama zamanı buraxılış vəsiqəsi olmadan inzibati tənbeh almış şəxslər tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar yükdaşıma faəliyyəti ilə məşğul olmaları aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi X2 protokola uyğun izahat verərək bildirdi ki, 20 dekabr 2024-cü il tarixdə saat 09:02, 09:38 və 09:53-də Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində Şəxsnə məxsus “HOWO” markalı **-AG-***, **-AG-*** və **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri buraxılış vəsiqəsi olmadan inzibati tənbeh almış şəxslər tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar yükdaşıma faəliyyəti ilə məşğul olmaları aşkar edilmişdir. Bununla bağlı idarə tərəfindən MMC barəsində protocol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, inzibati xəta törətmiş hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X5 Gəncə Regional İdarəsinin xx.xx.2024cü il tarixli aktından görünür ki, Goranboy rayon Ağcakənd kəndi ərazisində tərəfindən aparılan yoxlama zamanı yükdaşıma fəaliyyəti göstərən ** AG ***, ** AG *** ve ** AG *** dövlət qeydiyyat nömrə nişanlı “HOWO” markalı Şəxs MMC-yə məxsus avtonəqliyyat vasitəsiləri qanunvericilikdə nəzərdə tutulmuş “buraxılış vəsiqəsi" olmadan qeyri-qanuni yükdaşıma fəaliyyəti ilə məşğul olması və qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Fotoşəkildən “HOWO” markalı, **-AG-***, **-AG-*** və **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillərinin yük daşıma fəaliyyəti ilə məşğul olmaları görünür; İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyicoləri barədə məlumatın verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Goranboy rayon Məhkəməsinin 3(045)-1338/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hüquqi şəxs "Fortis Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs orqanın nümayəndəsinin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 324.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 324.8ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun 1.0.36-cı maddəsinə əsasən buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəmşəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; 324.8-ci maddəsinə əsasən bu Məcəllənin 324.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “fərqlənmə nişanı” və vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “xüsusi fərqlənmə nişanı” sözügedən Qanunun 3 nömrəli əlavəsi- “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”ndan çıxarılmış, əvəzində icazələrin siyahısına “ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi” əlavə edilmişdir. Yəni “fərqlənmə nişanı” və “xüsusi fərqlənmə nişanı” yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün artıq icazə növü hesab edilmir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, fiziki şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İXM-in 324.8-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs "Fortis Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2400 (iki min dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-11/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-11/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver