Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1102/2023 20.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Goranboy rayonu, Qurbanzadə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Qurbanzadə kəndində qeydiyyatda olan və həmin üvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ziyad Yunislinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən MN seriyalı ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Qurbanzadə kənd sakini Zərərçəkmiş şəxs fərdi yaşadığı evdə döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Qurbanzadə kənd sakini Zərərçəkmiş şəxs Qurbanzadə kəndində fərdi yaşadığı evində həmkəndlisi Şəxs tərəfindən döyülməsi ilə bağlı Goranboy RPŞ-də TB-də araşdırma aparılmış və Goranboy rayon Qurbanzadə kənd sakini Şəxs barəsində İXM-in 157-ci maddəsilə tədbir görülməsi üçün qərar qəbul olunmuş və qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 20 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olaraq uzun müddətdir tanıyır. xx.xx.2023-cü il tarixində həyat yoldaşı və oğlu Əhmədov Elvin ilə ona məxsus “KİA” markalı avtomobil ilə Gəncə şəhərindən Goranboy rayonu Qurbanzadə kəndinə Zərərçəkmiş şəxs yaşadığı evə əri Bayramov İlqarın onun gəlini ilə aralarında baş vermiş xəyanətin və onun gəlinindən İlqar tərəfindən alınmış pulların geri qaytarılmasını tələb etmək üçün getmişlər. İlqar Bayramovun yaşadığı evə daxil olan zaman sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs ona və həyat yoldaşı Vəzduhənin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, daha sonra onun həyat yoldaşı Vəzduhə ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə olmuş və o, həyat yoldaşının əlindən tutaraq çölə çıxartmışdır. O, Zərərçəkmiş şəxs döyməmişdir, əksinə Larisa əlində ağacla onların üstünə hücüm etmişdir. Yekunda təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində Şəxs, onun həyat yoldaşı Əhmədova Vəzduhə və oğlu Elvin onun yaşadığı Goranboy rayonu Qurbanzadə kəndində fərdi yaşayış evinə gəlmişlər. Şəxs arvadı ilə uca səslə nalayiq ifadələr işlədərək darvazadan içəri daxil olmuş və onun üstünə gəlmişlər. Həmin vaxt Şəxs onu yumruqla vurmuş və arvadı Vəzduhəni əlindən tutaraq çölə çıxartmışdır. xx.xx.2023-cü il tarixdə Goranboy rayon polis şöbəsinə yaxınlaşaraq Şəxs tərəfindən döyülməsi ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs onun boyun nahiyəsindən vurmuşdur. Həmçinin, Şəxs onun başına da xəsarət yetirmişdir. Hadisəni birbaşa görən şahid olmamış, lakin evə quraşdırılmış kamera görüntüsündə onun döyülmə faktı əks edilmişdir. Məhkəmə iclasında şahid X8 bildirdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olaraq uzun müddətdir tanıyır. Onların münasibətlərinin korlanmasına səbəb onun həyat yoldaşının, Zərərçəkmiş şəxs həyat yoldaşı Bayramov İlqar ilə qeyri-rəsmi münasibətdə olduğuna dair ’’Whatsapp” sosial şəbəkəsində hər iki şəxsin səmimi yazışmalarının ortaya çıxması olmuşdur. xx.xx.2023-cü il tarixdə atası Şəxs və anası Vəzduhə Əhmədova ilə birgə anasının səhhəti ilə bağlı Gəncə şəhərinə getmişlər, Gəncə şəhərindən qayıdan zaman Zərərçəkmiş şəxs həyat yoldaşı İlqara zəng edərək söhbət etmək isdədiyini bildirmiş və həmin vaxt İlqar Bayramov onu telefonda söyüb təhqir etmişdir. Bundan sonra onlar Goranboy rayonu Qurbanzadə kəndinə çatdıqda anası X9 Xəlilovanın evinə daxil olaraq əri İlqarın harda olduğunu soruşmuş və daha sonra Zərərçəkmiş şəxs taxta götürərək anasının üzərinə hücum çəkməyə başlamışdır. Bu vaxt atası Şəxs içəri daxil olaraq anası Vəzduhə Əhmədovanı əlindən tutaraq çölə çıxartmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, həmin vaxt özünə məxsus avtomobildə əyləşmiş, lakin evin giriş qapısı açıq olduğu üçün orada nə baş verdiyini görmüşdür. Zərərçəkmiş şəxs evinə quraşdırılmış kamera görüntülərində hadisənin necə baş verdiyi və onun atası tərəfindən Larisaya heç bir xəsarət yetirmədiyi əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 iş üzrə digər şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ziyad Yunislinin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 836 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət (lər) - döş qəfəsinin və sol kürək nahiyyəsinin qançırları KÜT əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Məhkəmə iclasında baxış keçirilmiş hadisəni özündə əks etdirən video disk görünür ki, Şəxs həyat yoldaşı X1 əlindən tutaraq küçəyə çıxartmış, zərərçəkmiş Zərərçəkmiş şəxs vurmamış, əksinə zərərçəkmiş şəxs əlində ağac parçası ilə sonuncuların üzərinə hücum çəkərək onları həyətdən qovmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyi üçün Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokolda xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Qurbanzadə kəndində fərdi yaşayış evində Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi göstərilsə də, bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Belə ki: - Zərərçəkmiş şəxs izahatında Şəxs baş və boyun nahiyəsindən vurduğunu göstərsə də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 836 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs döş qəfəsinin və sol kürək nahiyəsinin qançırları yumruqla, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yumruqla vurulma zamanı əmələ gələ bilərdi. Həmçinin, adı çəkilən rəyə əsasən Zərərçəkmiş şəxs boyun və baş nahiyəsində xəsarətlər aşkar edilməmişdir. Halbuki, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs onun başına və boğazına xəsarət yetirdiyini göstərmiş və Şəxs ümumiyyətlə vurmadığını bildirmişdir; - Zərərçəkmiş şəxs Şəxs tərəfindən vurduğunu göstərsə də, iş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntüdən göründüyü kimi Şəxs Zərərçəkmiş şəxs fərdi yaşayış evində olan zaman həyat yoldaşı X1 əlindən tutaraq küçəyə çıxartmış və Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Araşdırma aparmış orqan Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi, yəni İXM-in 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxsin izahatını və məhkəmə-tibbi ekspertizanın rəyini əsas götürmüşdür. Lakin zərərçəkmiş şəxs məhkəmə iclasında ziddiyyətli izahat vermişdir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1102/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1102/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver