Məhkəmə qərarları › İş №3(045)-1109/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1109/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1109/2023 25.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 dekabr 2023-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 100-cü maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Lakin, Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilən tələb pozulmuş, ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Həmçinin, işin baxılmağa hazırlanması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti ilə bağlı məlumatlar inzibati xəta haqqında protokol tərtib etmiş orqandan tələb edilmiş, lakin həmin şəxsin şəxsiyyəti ilə bağlı müvafiq sənəd təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, İXM-in prinsiplərinə uyğun olaraq bütün hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti müəyyən olunmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir (İXM-in 75-ci maddəsi). Həmçinin, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbehin inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olması, həmin şəxsin inzibati xətanın subyekti olmasının müəyyən edilməsinin əsası kimi ilk növbədə onun şəxsiyyəti müəyyən edilməlidir. Bununla yanaşı fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən də mütləq şəkildə inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar nəzərə alınmalıdır. Məhz bu səbəbdən də İXM-in 100-cü maddəsinin tələblərinə riayət olunmalı, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar inzibati xəta haqqında protokolda göstərilməli və həmin şəxsin şəxsiyyətini təsdiq edəcək sənədlər iş materiallarına əlavə edilməlidir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar