Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1122/2025 25.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Hacallı kəndində kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 24 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 24 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 iyun 2025-ci il tarixdə, saat 16:55 radələrində Goranboy şəhər H. Əliyev prospektində yerləşən “Bahar” şadlıq sarayının qarşısında ictimai yerdə ictimai qaydanı pozmuş və və polisin qanuni tələbinə qəsnən tabə olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy şəhəri H.Əliyev prospektində Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri X3 və X8 ilə xidmətdə olan zaman saat təxminən 16:55 radələrində adları sonradan məlum olan X6 və Şəxs H.Əliyev prospektində yerləşən “Bahar” şadlıq sarayının qarşısında bir-biriləri ilə mübahisə edərək ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başladılar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsləri nizam-intizama dəvət etmişlər lakin Elzamin Rəsulov və Şəxs onların qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər PPXBnin əməkdaşları tərəfindən Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vemişlər. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Eyni zamanda da qeyd edir ki, X6 və Şəxs əməllərində cinayət əlamətlərinin olub-olmaması məsələsi ilə bağlı Goranboy RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 24 iyun 2025-ci il tarixdə Goranboy şəhəri H. Əliyev prospektində yerləşən “Bahar” şadlıq sarayında keçirilən toy mərasiminə ailəsi ilə birlikdə dəvət almışdır. Toy məclisində olan zaman spirtli içki qəbul etmişdir. Daha sonra həyat yoldaşı şadlıq sarayın qarşısına onunla birlikdə çıxmağını xahiş etmişdir. Bu zaman tandımadığı şəxsin telefonla danışdığını və uca səslə nalayiq ifadələr işlətdiyini görərək ona öz iradını bildirmişdir. Buna görə də onların arasında mübahisə yaranmış və onlar bir-birilərinə uca səslə nalayiq ifadələr işlətməyə başlamışlar. Mübahisə zamanı adını sonradan bildiyi X6 ilə qarşılıqlı şəkildə birbirilərinə xəsarət yetirmişlər. Bundan sonra həmin yerə Goranboy RPŞ-nin polis əməkdaşları gəlmişlər və onları RPŞ-yə dəvət etmişlər. Əməlindən çox peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, Goranboy RPŞ-nin istintaq bölməsində Rəcəb adlı müstəntiq tərəfindən onun izahatı alınmışdır. Onun bədəni üzərində xəsarətlərinin olub-olmamasının müəyyən edilməsi üçün Məhkəmə-Tibbi ekspertizadan keçmişdir. Həmin vaxt ətrafda toya gələn çox saylı şəxslər var idi və onların müdaxiləsi nəticəsində mübahisə sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy şəhəri H.Əliyev prospektində post yoldaşı polis serjantı Səməd Həsənov ilə birlikdə xidmətdə olan zaman saat təxminən 16:55 radələrində adları sonradan onlara məlum olan X6 və Şəxs H.Əliyev prospektində yerləşən “Bahar” şadlıq sarayının qarşısında bir-biriləri ilə mübahisə edərək ucadan səsküy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başladılar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsləri nizam-intizama dəvət etmişlər lakin sonuncular, onların qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil verilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, X6 və Şəxs şadlıq sarayının qarşısında bir-birilərinə qarşı yumruqla xəsarət yetirdiklərini görmüşlər. Həmin vaxt ətrafda toya gələn çox saylı şəxslər var idi və onların müdaxiləsi nəticəsində mübahisə sona çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X8 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyası xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsini özündə ehtiva edir. Hazırki iş materiallarından, habelə proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilmişdir ki, 24 iyun 2025-ci il tarixdə X6 ilə Şəxs arasında baş vermiş mübahisə zəminində onlar bir-birlərini qarşılıqlı şəkildə vuraraq, birbirlərinə bədən xəsarətləri yetirmişdirlər. Şahidlərin məhkəmədə verdiyi izahatında hadisə zamanı ətrafda kənar şəxslərin olduğunu və həmin şəxslərin müdaxiləsi nəticəsində aralarındakı mübahisənin sona çatdığını qeyd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Göründüyü kimi hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət əlamətlərinin ehtimalı vardır. Belə ki, məhkəmə araşdırılması zamanı hadisə baş verən zaman şadlıq sarayının qarşısında hadisənin iştirakçılarından əlavə digər şəxslərin olduğu da müəyyən edilmişdir. Eyni zamanda da inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahatında da X4 və Şəxs barələrində Goranboy RPŞ-nin İstintaq Bölməsində araşdırma aparıldığını göstərmişdir. İXM-in 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində cinayət tərkibi olduğu ehtimalından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 24 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və əlavə olunmuş sənədlər Goranboy Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş 24 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılsın. X13
Məhkəmə qərarları › İş №3(045)-1122/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1122/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver