Məhkəmə qərarları › İş №3(045)-1146/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1146/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1146/2024 25.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Kəlbəcər rayonu İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonu İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonu, Veyisli qəsəbəsində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 oktyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Orxan Həziyevin 03 oktyabr 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 25 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2024-cü il tarixdə sat təxminən 19 radələrində Goranboy rayonunun Veyisli qəsəbəsi ərazisində yerləşən ərzaq mağazasında Zərərçəkmiş şəxs üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, Goranboy rayonu Veyisli qəsəbə sakinləri Şəxs və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət tərkibi əlaməti olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin toplanmış material üzrə Goranboy rayonu Veyisli qəsəbə sakinləri Şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin əlamətləri müəyyən olunduğundan Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157 -ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən 25 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı Veyisli qəsəbəsi ərazisində poçtun yaxınlığında yerləşən ərzaq dükanına gələn zaman oğlu Arazın, qardaşı oğlu Orxanın və həmkəndliləri Zəfər, Həsən və Səbuhi adlı şəxslərin yanında olmasını və oğlu Arazın əlində siqaret olmasını görmüş, bu zaman o, oğlunun siqaret çəkməsini görüb əsəbləşərək Orxanın yanına gəlmişdir. Bundan sonra o, Novruzun və ailə üzvlərinin ünvanına, eləcə də Orxanın ünvanına qarşı nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt Orxan ona yaxınlaşaraq onun üzünün sol nahiyyəsindən yumruqla iki dəfə vurmuş və o zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt o da qardaşı oğlu Zərərçəkmiş şəxs üz nahiyəsindən yumruqla iki dəfə vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əmisidir. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:30 radələrində əmisi Natiq onun olduğu yerə gəlmiş və oğlu Arazın əlində siqaret olmasını görüb onun və yanında dayanan digər həmkəndlilərinin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o, əmisi Natiqə söyüş söyməməsini bildirən zaman əmisi Natiq onun üz nahiyyəsindən şillə ilə vurmuş və o, bundan sonra onun üzünün sol nahiyyəsindən bir dəfə yumruqla vuraraq oradan qaçmışdır. Əməlindən peşmandır, hazırda X3 ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Orxan Həziyev tərəfindən Şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nə etmiş olduqları müraciət əsasında toplanmış material üzrə Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi əlaməti olmadığından toplanmış materiaı üzrə onların barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün onların barəsində tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.9, 105, 109.2, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar