Məhkəmə qərarları › İş №3(045)-1173/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1173/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1173/2025 30.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X* “Eyvazlılar” İnsan İnkişafi və X3 Edilməsinə Kömək ictimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 462.*-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Eyvazlılar” İnsan İnkişafi və X3 Edilməsinə Kömək ictimai birliyi barəsində İXM-in 462.*-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş, bununla da İXM-in *00.*.4-cü maddəsinin tələbləri pozulmuşdur İXM-in *09.* və *09.*.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, “Eyvazlılar” İnsan İnkişafi və X3 Edilməsinə Kömək ictimai birliyinin İXM-in 462.*-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in *09-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Eyvazlılar” İnsan İnkişafi və X3 Edilməsinə Kömək ictimai birliyi barəsində İXM-in 462.*-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 25 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar