Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1182/2024 03.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli X7 haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X3 X7 haqqında qərardan şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 məxsus VAZ-21214 Niva markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı-Qazax yolunun 300.6 km-də xx.xx.2024-cü il tarixdə saat 12:29;47-də “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə” barəsində Azərbaycan Respublikası DİN-nin X10 Web Portalı vasitəsi ilə “guya” videomüşahidə kamerası ilə qeydiyyata alınmış Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə X7 Haqqnda xx.xx.2024-cü il tarixli, saat 12:29;47-də qəbul edilmiş EQ-24189107 Elektron Qərarın surəti və iki ədəd fotoşəkil də əlavə edilməklə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərilmişdir. Onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna göndərilmiş həmin X7 Haqqnda xx.xx.2024-cü il tarixli, EQ 24189107 Elektron Qərarının surəti rəsmi qaydada ünvanına göndərilmədiyindən Gəncə şəhər DYPŞ-nə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə ona verilmişdir. Lakin, həmin qərarın Kamera-video görüntüsünə istəsə də ona Kamera-video görüntü verilməmişdir. Azərbaycan Respublikası DİN-nin X10 Web Portalı vasitəsi ilə tərtib edilmiş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50.0 manat məbləğində inzibati cərimə növündə X7 Haqqnda xx.xx.2024-cü il tarixli, EQ-24189107 Elektron qərarının və iki ədəd foto şəkillə nəzərdən keçirərkən ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 10:35-də Bakı-Qazax yolunun 300.6 km-də özünə məxsus VAZ-21214 Niva markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə barəsində həmin yola xidmət edən Yol patrul Xidmətinin inspektoru X4 tərəfindən stasionar posta süni şəkildə tərtib edilmiş protokol əsasında (ona verilməyən protokola) Azərbaycan Respublikası DİN-nin X10 Web Portalına yerləşdirməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavəsin və eləcədə Azərbaycan Respublikasının DİN-nin 12 may 2017-ci il tarixli № Q25-001-17 nömrəli Qərarını ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimafın 8-ci maddəsində nəzərdə tutulan tələblərini pozmuşdur. Bundan başqa həmin qərarara əlavə edilmiş 1-ci foto görüntüdən də görünür ki, o xx.xx.2024-cü il tarixdə saat 12:29:47-də Bakı-Qazax yolunun 300.6 km-də Qazax yolu istiqamətinə iki zolaqlı yol olduğu və onun idarə etdiyi VAZ-21214 Niva markalı **-BN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin vaxt idarə edərkən asfalt üzərində işarələri görünməyən “Nizamlanmayan piyada keçidinə daxil olduğu vaxt” ondan başqa sağ zolaqda digər avtomobil də hərəkətdə olmuş və həmin vaxt heç bir şəxsin “Nizamlanmayan piyada keçidində” daxil olduğu görünmür. İkinci foto şəkildən də görünür ki, o idarə etdiyi VAZ-21214 Niva markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqiiyyat vasitəsini “Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi” müşahidə olunmur. Belə ki, 2-ci fotoşəkildə isə o idarə etdiyi VAZ-21214 Niva markalı **- BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iki zolaqlı yolun sağ zolağı ilə hərəkət etməklə asfalt üzərində işarələri görünməyən “Nizamlanmayan piyada keçidini” keçdikdən sonra 2 nəfər piyadanın “Nizamlanmayan piyada keçidinə” daxil olmaqla sol zolaqda hərəkət edən avtomobilin təxminən 2 metr məsafədə avtomobilə qalmış birinci piyada sol əlini qaldırıb, “Nizamlanmayan piyada keçidini” keçmək istədiyi aydın görünür. 1-ci və 2-ci fotoşəkillərdən də göründüyü kimi heç bir yol hərəkət qaydasını pozmamışdır. Əgər Kamera-video görüntüsünə məhkəmə tərəfindən baxılsa yəqin ki, əsl həqiqət üzə çıxacağını qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək əlavə olaraq bildirdi ki, şikayət ərizəsində göstərilən daxili və beynəlxalq normaların tələblərindən görünür ki, onun barəsində xüsusi qurğu vasitəsi ilə tərtib edilmiş qərar əsasız və qanunsuzdur. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli X7 haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Baş Dövlət Yol Polis İdarəsinə Bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci tağımının tağım komandiri, polis mayoru Aqil Məmmədovun məhkəməyə ünvanladığı məktubunda, X3 idarə etdiyi “VAZ-21214” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 300.6-cı kilometrliyində piyada keçidində piyadaya yol vermədiyi, Yol hərəkəti qaydaları pozulduğu üçün həmin ərazidə yerləşən kamera vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən X3 barəsində 50 manat cərimə cəzası tətbiq edildiyi, EQ seriyalı 24189107 nömrəli X7 haqqında elektron qərardakı fotoşəkildə də inzibati xətanın törəndiyi yerdə digər avtomobil piyadaya yol verdiyi, eyni zamanda məhkəmə araşdırması zamanı tələb olunan inzibati xətanı əks etdirən videogörüntü kamera yaddaşında 1 ay saxlandığından təqdim edilməsi mümkün olmadığını qeyd etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli X7 haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “AsanPay” ödəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, EQ 24189107 nömrəli elektron qərar üzrə artıq ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 10-cu hissəsinə əsasən piyada keçidi yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 54-cü maddəsinin İ hissəsinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Həmin maddənin İİ hissəsinə əsasən, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı-Qazax yolunun 300.6-cı kilometrliyində piyadaların yolu keçməsi üçün nəzərdə tutulmuş sahə açıq aşkar görünür və bundan başqa qanunun tələbindən göründüyü kimi Rafail Ağakişiyevin idarə etdiyi avtomobilin qarşında hərəkətdə olan avtomobil sürətini azaltmış olduğu halda və sonuncu qonşu zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etməli olduğu halda öz hərəkətini davam etdirmişdir. Sözügedən fakt iş materialında olan fotoşəkildən də aydın görünür. xx.xx.2024-cü il tarixli “AsanPay” ödəmə sistemindən çıxarılmış çıxarışdan da görünür ki, EQ 24189107 nömrəli elektron qərar üzrə artıq ödəniş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli X7 haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24189107 nömrəli X7 haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №3(045)-1182/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1182/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver