Məhkəmə qərarları › İş №3(045)-1199/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1199/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1199/2024 06.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev X1 Aydın Qasım oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Goranboy rayon Polis şöbəsinin 06 noyabr 2024-cü il tarixli məktubundan göründüyü kimi, Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun geri qaytarılması xahiş olunmuşdur. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar