Məhkəmə qərarları › İş №3(045)-12/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-12/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-12/2025 06.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 30 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTByə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 06 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Borsunlu kəndində ailə münasibətləri zəmnində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Borsunlu kəndində yaşayan Məmmədov X4 RPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Şəxs onu döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 06 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz deməsinə görə xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getmiş, bu səbəbdən də şəxsin barəsində protokol tərtib edib məhkəməyə təqdim etmək mümkün olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraat xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. İcraatın dayandırılmasına səbəb onun özünün xəstə olması və işə çıxmaması olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasına dəqiq hansı tarixdə gəlməsini bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefonuna zəng edərək onu Goranboy rayon Borsunlu kəndində olan çayxanaya dəvət edərək orada söhbət edəcəklərini bildirmişdir. Həmçinin telefon danışığı zamanı qardaşı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni gündə saat 14:48 radələrində o, Natiqin onu təhqir etməsi ilə bağlı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmin gün Natiq ona bir neçə dəfə yenidən zəng etmiş, lakin o, Natiqin zənginə cavab verməmişdir. Zərərçəkmiş şəxs zəngindən bir neçə saat sonra o, çayxanaya gəlmişdir. O, gəldikdə Zərərçəkmiş şəxs çayxanada olan masalardan birində əyləşmişdir. O, çayxanaya getdikdən sonra onu bir qədər uzaqdan görmüş və arxadan ona yaxınlaşaraq onun şalvarının kəmərindən tutaraq saxlamışdır. O, Natiqin qaçmaması üçün kəmərindən tutmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onun paltarından tutmuş və daha sonra hər ikisinin ayaqları masaya ilişdikləri üçün yerə yıxılmışlar. Bu zaman orada olan Ələkbər və Yaqub adlı şəxslər onları ayırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs onu küçədə təhqir edərək gəzişməyə başlamış və əlinə taxta parçası alaraq onun üzərinə gəlmiş, lakin onun əlində olan taxta parçasını Ələkbər adlı şəxs almışdır. Onların arasında olan mübahisəyə səbəb Zərərçəkmiş şəxs ata mülklərinə iddia etməsi olmuşdur. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Borsunlu kəndində olan çayxanaya getmişdir. O, çayxanaya getdikdən sonra çayxananın qarşısında olan masalardan birində əyləşmişdir. Onunla birlikdə masanın arxasında Goranboy rayon Borsunlu kənd sakinləri Ələkbər və Ələkbərin qaynı oğlu əyləşmişlər. Onlar masaüstü oyun olan nərd oynayırmışlar və o, da onların oyununa baxmışdır. O, masada oturduğu vaxt bir nəfər şəxs arxadan yaxınlaşaraq onun əynində olan şalvarın kəmərindən tutaraq çəkmişdir. Eyni zamanda onu və ailə üzvlərini təhqir edərək onu yerə yıxmışdır. O, ona tərəf baxdıqda həmin şəxsin qardaşı Şəxs olmasını görmüşdür. Əli onu yerə yıxdıqdan sonra təpiklə sol tərəf bel nahiyyəsinə, sol qoluna və yumruqla isə qarın boşluğuna vurmuşdur. Bu zaman onunla eyni masada əyləşən Ələkbər və digər həmkəndlisi Yaqub onları ayırmışlar, onu ondan uzaqlaşdırmışlar. Buna baxmayaraq Şəxs onu təhqir edirmiş. Hazırda aralarında barışıq yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin TBnin təhqiqatçısı X1 30 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTByə həvalə edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 30 iyun 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə cinayət işinin başlanılması barədə qərar 30 iyun 2024-cü il tarixdə qəbul edilmiş və həmin vaxtdan 6 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən, inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına dair inzibati protokol tərtib etmiş vəzifəli şəxsin izahatına münasibətdə qeyd edir ki, inzibati protokol tərtib etmiş vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və icraatın təzələnməsi barədə qərardadı məhkəməyə təqdim etməmiş, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərdə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar