Məhkəmə qərarları › İş №3(045)-1204/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1204/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1204/2024 07.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Hidayət Cəfərovun 21 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən MN seriyalı ******* nömrəli, 07 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Goranboy rayonunun Borsunlu kəndində, yolun kənarında şəxsi münasibətlərin pozulması zəmnində Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə ilə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Borsunlu kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-nin “102” çağrı mərkəzinə, xx.xx.2024-cü il tarixdə isə Goranboy RPŞ-yə müraciət etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Şəxs onu döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 07 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, rəsmi olaraq heç yerdə işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla əvvəllər münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. X8 isə gəlinidir, oğlu X1 həyat yoldaşıdır. Zərərçəkmiş şəxs gəlini Aygün Əliyevaya sataşdığı üçün aralarında münasibətləri pozulmuşdur. O, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və mübahisə zamanı sonuncunu sillə ilə vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Goranboy rayon Borsunlu kəndində təkər təmiri sexində işləyir. Şəxs və X3 tanıyır. Sözügedən şəxslərlə əvvəllər münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə Ramin onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və harada olduğunu soruşmuş və onunla işi olduğunu demişdir. Daha sonra isə Ramin ona yenidən zəng edib harada olduğunu soruşduqda o Dəliməmmədli şəhərində olduğunu bildirmişdir. Ramin ona “gəl Borsunluya orada gözləyirəm" demiş, o da idarə etdiyim daevo nexia markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili ilə Goranboy rayon Borsunlu kəndinin girişində yolun sağ kənarına çatan zaman Ramin əli ilə işarə edərək onu saxlatmışdır. Ramin atası, Bayram və Tahir ilə orada dayanmışdır. O, yaxınlaşmış və söhbət edən zaman Ramin ondan avtomobilinə kimisə mindirib mindirmədiyini soruşmuş, o isə heç kimi mindirmədiyini, inanmırsan gəl bax demiş, həmin vaxt Bayram yumruqla bir dəfə qəsdlə onun burun nahiyəsindən vurmuş və burnu qanamış, daha sonra isə Tahir onun üzərinə gəlmiş yumruqla bir neçə dəfə sağ və sol yan tərəflərindən, qarın nahiyəsindən vurmuş, həmin vaxt o, arxaya getmiş, bu zaman Ramin onu tutaraq saxlamış və yıxılmağa qoymamışdır. Həmin vaxt Tahir yenidən təpiklə bir dəfə onun bel nahiyəsindən vurmuş, lakin o, yıxılmaq istəsə də özünü saxlamış və avtomobilə oturaraq oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Hazırda aralarında barışıq yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, Şəxs atasıdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında atası Bayram və qardaşı Raminlə həmkəndliləri Zərərçəkmiş şəxs ilə söhbət zamanı atası sonuncunu sillə ilə vurmuşdur. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs atasıdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında atası Bayram və qardaşı Raminlə həmkəndliləri Zərərçəkmiş şəxs ilə söhbət zamanı atası sonuncunu sillə ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 624 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə əsasən onun bədəni üzərində aşkar olunan xəsarətlər- burun yəhərinin qançırları KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən əllə-yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Hidayət Cəfərovun 21 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs ahıl yaşda olmasını onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar