Məhkəmə qərarları › İş №3(045)-124/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-124/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-124/2023 14.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Əskərov X2 Rayon Məhkəməsinin 3(045)-941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 3000 manat məbləğində inzibati cəriməni ödəməkdən yayınır. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 3(045)-941/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Goranboy rayon Qızılhacılı qəsəbəsində yaşayan borclu Şəxs Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmşdır. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs məhkəmə qərarında göstərilən borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında məhkəmə qərarıənın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan 3000 (üç min) manat inzibati cəriməni icra etməmişdir. “Elektron İcra “ İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir yoxdur. Bu günki tarixdə borclu Şəxs Şöbəyə dəvət edilmiş və iş üzrə izahatı alınmışdır. O bildirmişdir ki, məhkəmə qərarı üzrə borcundan hal-hazırda heç bir ödəniş edə bilmədiyini, iş olanda fəhləlik etdiyini, qazancı işinə görə olduğunu və maddi imkanı olmadığını bildirmişdi. Bundan başqa o məhkum olduğu üçün Goranboy ərazisindən kənara çıxa bilmədiyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, ona təyin edilmiş 3000 (üç min) manat məbləğində olan cəriməni ödəmək iqtidarında deyildir. Maddi vəziyyəti çox çətindir. Həmçinin, aliment borcu da var və aliment borcunu belə ödəməyə imkanı yoxdur. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 3(045)-941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs İXM-in 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat miqdarında cərimə növünddə tənbeh edilmişdir; Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 288824/2022 nömrəli müvafiq tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 3(045)-941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.2-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də, o, İXM-in 529.2-ci maddəsində nəzərə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar